Yaxın vaxtların söhbətidir. Bir neçə gün bundan qabaq evimdə yaranan tavanın çökmə probleni ilə bağlı lap çıxılmaz və çarəsiz bir vəziyyətə düşdüm.
(Allah heç kimi çarəsiz qoymasın – müəllif). Düzü, nə edəcəyimi bilmirdim. Axı, bu indinin problemi deyildi – 2011-ci ildən ta bu günə kimi “üsyan” edən bir vəziyyət idi. Müxtəlif strukturlara, o cümlədən ərazi üzrə yaşadığım və qeydiyyatda olduğum Biləcəri qəsəbə nümayəndəliyinə müraciət etsəm də, sadəcə bir faktla rastıaşdım –etinasızlıq və vecsizlik!Xülasə, sözüm onda deyil. Mətləbdən uzaqlaşmayaq. Tikinti materialları mağazalarını sosial şəbəkələrdən araşdırmağa başladım. Nəzər diqqətimi ən çox cəlb edən, ilk baxışdan sadə kütlənin rahatlığını düşünən “OMİD” tikinti materialları mağazaları şəbəkəsinin Biləcəri filialının nömrəsinə zəng etdim. Zəngimə dərhal cavab aldım və bəzi tikinti avadanlıqlarının kredit yolu ilə əldə etmək istədiyimi bildirdim. Beləcə, mağazanın əməkdaşı ilə vədələşib “OMİD” tikinti avadanlıqları mağazasının Biləcəri filialına yollandım. (Qeyd edim ki, həmin gün hava da çox isti idi. Hardasa, 35-38 dərəcə olardı). Əvvəlcədən telfonda danışdığımız kimi mağazanın əməkdaşı ora gələrkən onun adını soruşmağımı demişdi. Mən də elə birinci mağazaya daxil olan kimi həmin şəxsin adını verib, kredit şərtləri ilə tikinti məhsulları götürməyə gəldiyimi dedim. Məni ilk əvvəl çox xoş və mehriban qarşıladılar, amma....
Ammasını deyəcəm, özünüz də məəttəl qalacaqsınız. Belə ki, mənə lazım olan laminat, divar kağızı, lampalar, yapışqanlarvə s. xıeda-para ev üşün əşyalar hesablayıcıya vurulub-çıxıldı. İlk öncə qeyd edim ki, məndən şəxsiyyət vəsiqəmi alıb, kredit götürməklə bağlı heç bir problemin olmadığını demişdilər.
Daha sonra məhsulları seçib siyahı tərtib olundu və qiymət hesablandı. Maksimum rəqəm 600 manatdan yuxarı olmamalı idi. Bir faktı da qeyd edim ki, göstərilən iş yerimin rəsmi olduğunu nə mağazanın kredit mütəxəssisinə, nə də ki, krediti rəsmiləşdirən adama sübut edə bilmədim. Özüm də bir qədər qeyri-müəyyənlik içərisində donub qalmışdım. Kredit mütəxəssisi bütün lazımi tikinti materiallarının siyahısını hazır edib, sənədin rəsmiləşdirilməsi üçün başqa bir adama təqdim etdi. Təqdim olunan siyahıda məbləğ 601 manat təşkil edirdi. 12 aylıq kreditdən ayda 48 manat tutulacaqdı. Çox ümidlənib sevinirdim ki, artıq evimdəki çökmə problemini qismən də olsa, həll edə biləcəkdim.
Mənə kompyuterdə aparılacaq qeydiyyata görə bir neçə sual verdilər. Yəqin ki, çoxumuz bu proseslərin necə aparıldığını yaxşı bilirik. Bir neçə qohum nömrəsi, ailədə neçə nəfər qeydiyyatdadır, onlardan kim işləyir və s. Bu prosesdən də keçdikdənsonra kompyüterdə oturan şəxsə gələn qəfil zəng hər şeyi alt-üst etdi. Mən də artıq kreditin baş tutmayacağını sezmişdim. Hamı bir-birinin üzünə çaşqınlıqla baxırdı. Problemin nədən ibarət olduğunu soruşanda isə mənə: “Sizin nə vaxtsa gecikməniz olub” – sözünü dedilər. Mənimsə cavabım qısa oldu: “Məgər 10 il əvvəl olan gecikmə indiki halda kreditin alınmasına təsir göstərə bilir?” İkinci halda isə, mənim ilk əvvəl təqdim etdiyim şəxsiyyət vəsiqəmə baxdıqdan sonra: “Buyurun xanım, sizə kredit düşür, istədiyiniz məhsulu seçib əldə edə bilərsiniz” – demişdilər. İndi isə kreditin rəsmiləşdirilməsinə dair bütün proseslər başa çatdıqda sonra: “Sizə kredit verə bilmərik” kimi mənasız və yersiz cavab verilməsi, ən azından vətəndaşı ələ salmaq və ümidsizliyə yuvarlatmaqdan başqa bir şey deyil!!!
“OMİD” TİKİNTİMATERİALLARI MAĞAZALARI şəbəkəsinin rəhbərliyinə buradan demək istəyirəm ki, vətəndaşların ÜMİDini qırmayın!!!
Hamı sizə ümidlə gəlib evini abadlaşdırmaq istəyir. Siz isə...
Yenixeber.org