Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y\s-də yerləşən 275 saylı tam orta məktəbin rus bölməsi üzrə təhsil alan 5 c və 5 ç sinif şagirdlərinin valideynləri kollektiv şəkildə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciət müəllifləri bildirir ki, ötən il Bakı şəhərinin 20 orta məktəbində "Pilot" layihə olaraq rus bölməsi üzrə təhsil alan şagirdlərə Azərbaycan tarixi fənni Azərbaycan dilində keçirilib. Bu 4 il rus bölməsi üzrə təhsil alan şagirdlər, eləcə də valideynlər arasında böyük bir çaşqınlığa və çətinliyə səbəb olub. Belə ki, şagirdlər rus dilində təhsil aldığından, tarix fənnini öyrənməkdə böyük çətinliklə üzləşirlər. Onların sözlərinə görə, bundan başqa, MSO və BSO-nun nəticələrində də uğursuzluqla qarşılaşırlar: "Çünki sinifimizdə rus ailələrin övladlarından da təhsil alanlar var. Layihənin məqsədi digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan tarixinə və dilinə, mənəvi dəyərlərinə hörmət ruhu daşıyırsa, bunun üçün Azərbaycan dili tədris olunur və böyük qürur hissi ilə dilimizin övladlarımız tərəfindən yüksək səviyyədə öyrənilməsinə çalışırıq. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin AB yaşayış sahəsində yerləşən 275 saylı tam orta məktəbin Rərus bölməsi üzrə təhsil alan 5 c və 5 ç sinfinin şagidlərinin valideynləri adından Azərbaycan tarixi dərsliklərinin rus dilində tədris olunmasını, eləcə də məktəbimizdə bu "Pilot" layihənin ləğv olunması ilə bağlı bizə köməklik etməyinizi və müvafiq qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirik.
Anaxeber.info