Bərdə rayon Faiq Əhmədov adına Dəymədağıldı kənd tam orta məktəbi yararsız hala düşüb.
Belə ki, məktəbin taxta döşəməsi çürüyüb, binada dərin çatlar yaranıb, damı dağıldığından yağan yağış birbaşa otaqlara tökülür.
Məktəbin təşkilatçı-müavini Ramin Hüseynov bildirib ki, siniflər bərbad vəziyyətdədir. Məktəbin istilik sistemi olmadığından sinifləri odun peçləri ilə isidirlər.
Daha ətraflı Baku TV-nin süjetində: