Axtarış...

Abşeron-Xızı Regional Təhsil İdarəsinin açıq-aşkar QƏSDİ-QƏRƏZLİLİYİ... - BU DA FAKT!!!

Abşeron-Xızı Regional Təhsil İdarəsinin açıq-aşkar QƏSDİ-QƏRƏZLİLİYİ... - BU DA FAKT!!!


Abşeron - Xızı Regional Təhsil İdarəsi (RTİ) bu günlərdə-ya göndərdiyi yazılı açıqlamada rusdilli uşaq Babaxanov Əlixan Babaxan oğlununun niyə rus bölməsinə qəbul edilməməsini əsaslandırmağa çalışmışdı. Rəsmi izahda qeyd olunurdu ki, guya uşaq qabiliyyət imtahanından kəsilib və rus sektorunda təhsil almaq hüququndan da buna görə məhrum edilib. Əlbəttə ki, verilən cavabın gülünc tərəfi rusdilli uşağın rus dili bölməsinə necə qəbul edilməməsi idi. Başqa bir tərəfdən, Abşeron ərazisindəki məktəblərdə rus bölmələrinə qəbul edilmiş şagirdlər arasında xeyli nümunə tapmaq olar ki, onlar rus dilini primitiv səviyyədə belə bilmirlər. Ancaq nə kəramətdirsə, Abşeron-Xızı RTİ onları qabiliyyətli "görüb" imtahandan keçirib. Lakin Əlixan tam rusdilli, Azərbaycan dilində demək olar bilmədiyi halda uşaq rus sektorunda oxuya bilmir. Hələ bu da ayrı qanun pozuntusudur ki, uşaq təhsil almaq hüququndan məhrum edilib. Bütün bu özbaşınalıqlara və regional təhsil idarəsinin verdiyi rəsmi açıqlamaya cavan olaraq, Babaxanovlar ailəsi Əlixanın rus dilini hansı səviyyədə bildiyini əks etdirən video material yayıblar. Youtube sosial platformasında yerləşdirilən həmin videoda balaca Əlixanla rus dilində sorğu-sual edilir. O da suallara yaşına uyğun olaraq yaxşı cavab verir. Yəni həmin video material da sübut edir ki, Əlixan rusdillidir, qabiliyyət imtahanından keçmək gücü də var, sadəcə Abşeron-Xızı RTİ və onun rəhbəri İlhamə Abdullayeva bu faktı görməzdən gəlir. Hələ bu hadisəyə don geyindirmək üçün rəsmi izah da verməyə cəhd ediblər. Təhsil İdarəsi rəhbərliyi yaxşı olar ki, Abşeron ərazisində imtahanın necə və kimlər tərəfindən götürüldüyünü araşdırsın. Bu təftiş bir çox qanunsuz halları aşkarlayacaq. Eyni zamanda, rus bölmələrində olan uşaqların Əlixandan nədə fərqləndiklərini sübut etsinlər ki, bu vəziyyətlə razılaşmaq olsun. Görünür ki, Abşeron RTİ haqsız bir addım atdığını anlayıb, indi problemi düzəltməyi bilmir. Amma həmin video materiala baxanda əsl reallıqla tanış ola biləcəklər. //anaxeber.info//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz