Axtarış...

Ramin Abdullayevlə Namiq Hümmətov Dubay və İstanbulu milyonları ilə “fəth edir” - İLGİNC İDDİALAR...

Ramin Abdullayevlə Namiq Hümmətov Dubay və İstanbulu milyonları ilə “fəth edir” - İLGİNC İDDİALAR...

"Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev Dubay və İstanbulun “fəthini” uğurlar davam etdirir". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Azərbaycandan oğurladıqları külli iqdarda vəsaitlər hesabına xarici ölkələrdə, xüsusilə də Birəşmiş Ərəb Əmirliyinin Dubay və Türkiyənin İstanbul şəhərlərində yeni mülklər və ictimai iaşə obyektləri alan cütlük, xaricdəki biznes imperiyalarını sürətlə genişləndirməkdədir. Ramin Abdullayevlə Namiq Hümmətovun xaricdə ev və obyekt almağa bunca marasq göstərməsinin isə əsasən iki əbəbi mövcuddur.

Bunlardan birincisi, həmin mülklərin adıçəkilən məmurlara böyük vəsaitlər qazandırması ilə bağlıdır. Kirayəyə verilən bu obyekt və evlər zəhmətsiz gəlir mənbəyi kimi hər iki məmurun sərvətinə sərvət qatmaqda, onların milyonluq səltənətinin hüdudlarını genişləndirməkdədir.

İkinci və daha mühüm amil isə, Ramin Abdullayev və Namiq Hümmətovun xaricə daşıdıqları pulları, habelə xaricdə aldıqları mülkləri daha toxunulmaz hesab etmələri ilə bağlıdır. Belə ki, hər iki məmur hesab edir ki, xaricdəki mülk və pullar daha təhlükəsiz vəziyyətdədir və onların nə vaxtsa Azərbaycan dövləti tərəfindən de-şifrə olunmaq, müsadirə edilmək ehtimalı yoxdur. Çünki xaricdəki bu mülklərin mövcud durumu və gələcək aqibəti Azərbaycanın deyil, həmin ölkələrin qanunları ilə tənzimlənir. Buna görə də onlar gəlir və sərvətləri ilə bağlı hansısa təftişə məruz qalacaqları təqdirdə xaricdəki pul və mülklərini bu təftişdən yayındıra biləcəklərinə ümid edirlər. Ramin Abdullayev və Namiq Hümmətov ikiliyinin Azərbaycanda qanunsuz yollarla əldə etdikləri milyonları xaricə həvəslə daşımasının arxasında məhz bu amillər dayanır.

Azərbaycanın milyonlarını xaricə daşıyan, haram pullar ilə özlərinə xarici ölkələrdə krallara layiq həyat quran Ramin Abdullayev və Namiq Hümmətovun yaxın çevərlərinə də bu yöndə təsir etdikləri, onları da öz pullarını xaricə daşımaq, xaricə yatırım etməyə sövq etdikləri də bilinən həqiqətlər sırasındadır. Görünən odur ki, Azərbaycanın çörəyini yedikləri halda Azərbaycanın maraqlarına qənim kəsilən bu şəxslər dövlətin onlara etibar etdiyi vəzifəyə şəxsi maraqlarının təmini vasitəsi kimi baxmaqdadır.

Gələn dəfə sizi sözügedən ikilinin Dubay və İstanbulda aldıqları yeni mülklərinin siyahısı, onların dəqiq yeri və qiyməti ilə tanış edəcək, bir-birindən maraqlı faktlara toxunacağıq..."(Dia-az.İnfo)

DAVAMI VAR... BİZİ İZLƏYİN...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz