Axtarış...

Qarabağın yenidən inşasına HARAM QATANLAR... - AXI NİYƏ?

Qarabağın yenidən inşasına HARAM QATANLAR... - AXI NİYƏ?


Şəkildə gördüyünüz 3 məmur dövlət tikinti layihələrində faktiki ortaqlardır. Namiq Hümmətov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavinidir. Ortadakı şəxs Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin rəhbəridir Fərhad Təhməzovdur. Üçüncüsü isə belə demək mümkünsə, Naxçıvanın Namiq Hümmətovudur. Pərvin Nəbiyev London City Universitetinin məzunudur. Təzəlikcə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunub. Amma başını çoxdan başlara qoşub, Hümmətovun və Təhməzovun çevrəsində dolaşır.
Bu gün Namiq Abbasov Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinə daxil edilib.
Keçmiş şampanzavod işçisi faktiki tikinti oliqarxına çevrilib. Son 5 il ərzində Hümmətov cənabları öz şirkətləri üçün faktiki ortağı Fərhad Təhməzovun sayəsində Mənzil İnşaatı Dövlət Agentliyinin ümumilikdə 177 milyon manatdan artıq sifariş əldə edib. İndi Fərhad Təhməzovun oğlu İsrafil Təhməzov Qarabağda dövrəyə girib, irihəcmli dövlət tikinti və bərpa sifarişləri əldə etməyə başlayıb.
Təhməzovun şirkətləri Namiq Hümmətovun qardaşının adına olan şirkətlərlə partnyorluq əsasında qarşılıqlı fəaliyyət göstərir. Mexanizm belədir, dövlət sifarişlərini alan şirkət tenderin əldə olunmasında yardımçı tərəfin şirkətlərini subpodratçı şirkət kimi layihəyə cəlb edir və bütün tərəflər ayrılan məbləğdən öz payını götürür. İndi Namiq Hümmətovun Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinə daxil edilməsi məmur şirkətlərinjn Qarabağda yeni dövlət layihələrdə iştirakına yeni üfüqlər açır.
Təəssüf ki, Azərbaycanda vəzifə beşmərtəbəli şəxsi mənafelərin, biznes maraqlarının 6-cı mərtəbəsidir.
Xatırladım ki, Təhməzovların tamahı ucbatından professor Nazim İmanovun oğlu, Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işini itirib. Araz İmanov 6 ay əvvəl Təhməzovlaın yaxın qohumu kimi azad edilmiş ərazilərdə toqquşan maraqların hədəfinə gəlmişdi. Yeri gəlmişkən, Fərhad Təhməzov Nazim İmanovun qudasıdır.

Cavanşir Həsənli -dia-az.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz