Axtarış...

Anar Quliyevlə Namiq Hümmətov Abutalıbova rəhmət oxudur - Bakıda “Şəhəryıxma Komitəsi”

Anar Quliyevlə Namiq Hümmətov Abutalıbova rəhmət oxudur - Bakıda “Şəhəryıxma Komitəsi”


Vaxtilə Bakını altını üstünə çevirən, düz 20 il şəhəri qarış-qarış satan keçmiş mer Hacıbala Abutalıbov indi yalan olub, əksinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ona sağlığında rəhmət oxutmaqdadır. Abutalıbov heç olmasa bəzi hallarda paytaxtın abadlığı, nizam-intizamı, tikinti normativləri üçün müəyyən düzgün addımlar atırdısa, hazırda komitə şəhəri tamamilə bərbad vəziyyətə salmaqdadır.

Millitv.az reportyor.info-ya istinadla bildirir ki, komitənin sədri Anar Quliyevlə onun 1-ci müavini Namiq Hümmətov Bakıda eninə-uzununa bütün tikinti normativlərinin kobud şəkildə pozulmasına şərait yaradırlar, göz yumurlar. Bununla həm şəhərin arxitekturası, memarlıq quruluşu terror edilir, həm də qanunsuzluğa yol verilir. Hərçənd prezident İlham Əliyev bir neçə dəfə qanunsuz tikintilər haqda sərt danışıb, şəhərin arxitekturasına kobud müdaxilə ilə bağlı xəbərdarlıq edib. Lakin görünən budur ki, komitə sədri Anar Quliyev və müavini Namiq Hümmətov tandemi bu tapşırıqları qulaqardı edərək öz işindədirlər. Artıq Bakının rayonlarının icra başçıları və Meriya da bu prosesdə az qala səlahiyyətsiz qurumlara çevriliblər, çünki bütün tikinti məsələlərinə Şəhərsalma komitəsi nəzarət edir, sərəncam verir. Amma adından, fərqli olaraq, bu komitəni Şəhərsalma deyil, şəhərdağıtma kimi təqdim etmək daha məntiqli görünərdi. Buna dair çoxsaylı faktlar göstərmək olar. Biz isə sadəcə, bir sübut təqdim etməklə ümumi mənzərəni diqqətə çatdırmaq istəyirik. Belə ki, şəhərin Badamdar şosesi 140 ünvanında fotolardan da gördüyünüz kimi heç bir tikinti normativlərinə əmək olunmayıb. Birincisi, obyekt neft quyusu üstündə tikilib və şəhərsalma dərhal bu məsələni əsas götürərək icazə verməməli idi. İkincisi, tikili qonşu divara tam bitişikdir. Bunu da komitə sədri Anar Quliyevlə müavini Namiq Hümmətov görməzdən gəliblər. Biz niyə məhz komitə sədri və müavini deyə qeyd edirik, çünki qurumda bütün tikintilərlə bağlı rəsmi, eləcə də qeyri-rəsmi məsələləri rəhbər postda olan bu iki şəxs həll edir.

Badamdarda yerləşən tikintiyə gəlincə, nə neft quyusu üstündə olması, nə qonşu divara bitişik tikilməsi nəzərə alınmayıb. Beləliklə, bütün normativlər pozulub. Üstəgəl, sözügedən ünvanda həmin obyekt qeyri-yaşayış tikilisidir. İnsanlar da şikayət edirlər ki, sabah orada kafe-çayxana açılacaq, səs-küydən, əcaib səslərdən, söyüşlərdən evlərində rahat otura bilməyəcəklər. Bəs, görəsən şəhərsalma komitəsi hara baxır? Ümumiyyətlə, tək bu deyil, Bakıda yüzlərlə belə tikili var və komitə şəhəri Abutalıbovdan da betər günə salıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz