Axtarış...

Ramin Abdullayevin “göydələn” biznesi

Ramin Abdullayevin “göydələn” biznesi
"Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət
göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin öz
vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban
verməsi ilə bağlı ölkə mediasında kifayət qədər məlumat mövcuddur".
Bu barədə dia-az.info-ya göndəriləən məqalədə deyilir
Məqalə müəllifi daha sonra bildirir: "Görünən odur ki, Ramin
Abdullayev öz “biznes bacarığı” sayəsində kifayət qədər şöhrət qazanan, media və sosial
mediada populyarlıq əldə edə bilib. Lakin nə qədər qəribə olsa da, media Ramin Abdullayevin
göydələn biznesi haqqında məlumatsızdır. Halbuki, bu biznes İdarə Heyətinin sədrinin əsas gəlir
mənbələrindən biridir.
Tikinti üçün icazə almaq istəyənlərə sual: “Mənə neçə mənzil verə bilərsən?”
Artıq xeyli müddətdir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin
Abdullayev bina tikintisi üçün nəzərdə tutulan dövlət standartlarının siyahısına yeni və bütün
digər standartlardan daha önəmli olan bir standart gətirib. Bu da bina inşası üçün icazə almaq
istəyən hər kəsin tikəcəyi binadan Ramin Abdullayevə bir neçə mənzil peşəkəş etmək
məcburiyyəti ilə bağlıdır. Nə qədər inanılmaz görünsə də, Ramin Abdullayev bina tikintisi üçün
ona müraciət edən şəxslər qarşısında sadəcə bir tələb qoyur: Tikiləcək hər binadan ona bir neçə
mənzil verilməlidir!"


Davamı var...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz