Axtarış...

Zahid Oruc namizədliyini niyə Bərdədən vermədi? - ÖZÜ AÇIQLADI


Əsas vətənimiz və əqidəmiz sabitdir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının VI çağırış deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc namizədliyini Bərdədən yox, 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürməsinin səbəbləri haqda danışarkən deyib.

“Ötən 6 çağırış parlament seçkilərində dairələrin dəyişilməsi adi siyasi praktika olub. Əsas odur ki, vətənimiz və əqidəmiz sabitdir”, - o bildirib.

Zahid Oruc 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürən rəqiblərilə mübarizəni isə bu cür şərh edib:

“Mübarizəmiz namizədlərlə deyil, hər bir seçicinin səsinin qazanılması uğrunda olacaq. Elə millət vəkili olacağıq ki, kimsə özünü məğlub saymasın!”.

Qeyd edək ki, Zahid Orucla bərabər 33 saylı Xətai birinci seçki dairəsindən iqtisadçı ekspert, ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli və tanınmış jurnalist Fuad Abbasov da namizədliyini irəli sürüb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz