Axtarış...

“Medistyle Hospitl”da özbaşınalıq: vergidən yayınmaq üçün pasientlərə çek verilmir, onlarla müqavilə bağlanılmır… -ŞOK DETALLAR

“Medistyle Hospitl”da özbaşınalıq: vergidən yayınmaq üçün pasientlərə çek verilmir, onlarla müqavilə bağlanılmır… -ŞOK DETALLAR

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin rəhbəri Eyyub Kərimli özünün “Facebook” profilində “Medistyle Hospitl”da baş verən qanunsuzluqlarla bağlı paylaşım edib. O, iddia edir ki, sözügedən şirkət vətəndaşların hüquqlarını pozmaqla yanaşı, vergidən də küllü miqdarda vəsait yayındırır.

Onun statusunu olduğu kimi dərc edirik:

“Dünən (srağagün – red.) “Medistyle Hospitl”da böyük bir qanunsuzluq və özbaşınalıqla üzləşdim. Deməli, ailə üzvümün əməliyyatı üçün Dr Elşad Rzayevə müraciət etdik. Analizlər və əməliyyat üçün böyük məbləğdə vəsait ödədik və bu gün (dünən) saat 9:00-a əməliyyat təyin edildi.

Onu da qeyd edim ki, ödənişi yalnız nəğd formada tələb etdilər, nəğdsiz ödənişi qəbul etmirlər. Ödəniş zamanı qəbz və pasientlə bağlanan müqaviləni surətini istədim, bunların heç biri təqdim edilmədi.

Dünən (srağagün) gecə həkim mənə zəng edib müxtəlif qeyri ciddi səbəblər göstərməklə, əməliyyatı edə bilməyəcəyini bildirdi.

Siz təsəvvür edin, ödəniş qəbzini və xidmət müqaviləsinin surətini istədiyim üçün, çəkinib, əməliyyatdan imtina etdilər. Deməli, bu klinika həm vergidən yayınır, həm pasientin hüquqlarını kobud formada pozur.

Dövlət Vergi Xidmətindən bununla bağlı ciddi ölçü götürməyi, media nümayəmdələrindən isə xahiş edirəm ki, bu məsələni geniş işıqlandırsınlar. Həkim mənə deyir ki, "bilirsiz, savadlı insanlarla işləmək istəmirik, orta bilikli insanlarka işləmək daha rahatdır”. Yəni onları şikəst qoymaq”.

Hazırladı: Jalə FAMİLQIZI (Hurriyyet)

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz