Axtarış...

"'Kontakt Home' bu yolla maxinasiya edir, insanların cibinə girir" - GİLEY

"'Kontakt Home' bu yolla maxinasiya edir, insanların cibinə girir" - GİLEY

7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Elmir Muradov paylaşım edib. Onun sözlərinə görə şirkət bu yolla insanların cibinə girir. Maxinasiyasını ifşa edən jurnalist, bir daha şirkətdən heç nə almayacağını deyib: "Həyatımın ilk səhvini edib, iyul ayında Kontakt Homedan kreditə mobil telefon götürdüm. Dostların dəfələrlə ordan heç quru çöpdə alma sözlərinə qulaq asmadım, indi də əziyyətini çəkirəm. Hər ayın 17-i kredit ödənişinin vaxtıdı, srağagün paypoint aparatlarına yaxınlaşdım ki, ödəniş edəm, ekranda sistemin işləmədiyi göstərildi. Daha sonra onlayn formada ödəniş eləmək istədim, onda da sistemdə yanlışlıq olduğu qeyd olundu. Şirkətə zəng elədim ki, məsələni ayırd edəm, operatora bağlanmaq üçün 6 dəqiqə xəttə gözlədildim. Xanım operatorları telefonu açandan sonra gah minnətlə danışır, gah səs tonunu artırır, mən anlamadım, müştəri mənəm ya şirkət əməkdaşı. Bir xeyli sorğu-sualdan sonra "kodlar dəyişilib, sistemdə axtarış verək, məsələyə aydınlıq gətirmək üçün geri dönüş edəcəyik, sağolun" deyib telefonu bağladı. Mən bunları anladım. Deməli şirkət kodları qəsdən dəyişir, müştəriyə də yeni kodu göndərmir. Və beləliklə müştəri vaxtında ödəniş edə bilmədiyi üçün mövcud kreditinin üzərinə faiz gəlir. Bu yolla şirkət öz çirkin planını həyata keçirib, insanların cibinə girir. Bunların kreditinin hamısını ödəmək, ondan da sonra ümumiyyətlə Kontakt Home tərəfə getməmək lazımdır. Konkret maxinasiya ilə məşğuldurlar!"
Məlumat üçün qeyd edək ki, "Kontakt Home" mağazalar şəbəkəsinin sahibinin deputat Elnur Allahverdiyev olduğu iddia edilir.
7NEWS.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz