Axtarış...

“Kapitalbank” müştərinin pulunu belə çəkdi - ÖZBAŞINALIQ!

“Kapitalbank” müştərinin pulunu belə çəkdi - ÖZBAŞINALIQ!

“Kapitalbank”ın müştərisi Rəşad Xanyigəzli şikayətçidir. TİA. Az xəbər verir ki, müştəri üzləşdiyi problemi sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, 22.12.2021 tarixində mağazadan bir kart taksit kartı ilə onlayn alış veriş edib: “Lakin müəyyən səbəblərdən dolayı həmin günü əməliyyat ləğv olunub. Növbəti gün yeni 23.12.2021 tarixində mənə Kapital Bank tərəfindən mesajla həmin məbləğin geri ödəniş olduğu barədə mesaj gəldi və birbank mobil tətbiqində bu məbləğ balansa oturmuş olaraq göstərdi. Həmin günü axşam yenidən balansa baxanda görürəm ki balansdan o məbləğ yenidən çıxarılıb. Heç bir xəbərdarlıq olunmadan özü də…. 196 ilə əlaqə zamanı isə bir əməkdaş məni az qala yalançı çıxardı ki, ola bilməz siz məbləği karta oturmuş görəsiniz, digər əməkdaş isə ümumiyyətlə bildirdi ki, sizdə əməliyyat 2 dəfə olunub, biri qaytarılıb, digəri üçün isə imtina gəlməyib mağazadan. Ödənişin mənə geri qayıtdığı ilə bağlı qəbz də varımdı, o biri mağazanın ödənişi geri qaytardığına dair sənəd də. Mənə maraqlı olan bu necə sistemdi ki, hər əməkdaşları mənə fərqli cavab verir və balansa oturan pulu niyə yenidən balansdan çəkirlər?! ”

“Kapitalbank” müştərinin pulunu belə çəkdi - ÖZBAŞINALIQ!
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz