"Bu "Azeronline" internet şəbəkəsinin nə saymamazlığıdı bilinmirik..." Dia-az.İnfo xəbər verir ki, bunu Ağcabədi rayonunda məcburi köçkünlər üçün salınmış 556 saylı binaların sakinləri öz şikayətlərində bildirirlər.
Sakinlər adından edilən müraciətdə daha sonra qeyd olunur:
"Nə qədər şikayət olunur xeyri də yoxdur... Yazırsan... danışırsan... yenə də elə eyni...
İnternetlə pul qazanıram... Dolanışığım ordan çıxır... Amma son 3-4 gündür də lap zay eləyiblər... Günortadan axşama kimi şəbəkə olmur... Heç kimdə "wifi" olmur... Başqa şəbəkə, provayder də yoxdur ki dəyişəsən..."