"Qubada Sahil qəsəbəsində uzaqbaşı gün ərzində 14 saat su verirlər..." Dia-az.İnfo bildirir ki, bu barədə Sevda Salahzadə adlı sakin giley edir.
Narazı vətəndaş isti yay günlərində su sarıdan çəkdikləri problemin təkcə məhdudiyyətlə əlaqədar olmadığını da qeyd edir.
Quba sakini bildirir: "Amma son 2 gündür ki axsam saat 7-dən sonra suyun təzyiqi həddsiz dərəcədə azalır, saat 8-də isə tam kəsilir.
Bir də ertəsi gün səhər 8-in yarısı suyu verirlər.
Amma bununla belə, 15 manat su pulu yazır. Niyə? Bu nədən belədir? Artıq camaat yorulub. Hara şikayət edirsən eşidən də yoxdur..."
Dia-az.İnfo