Axtarış...

Deputatımız seyrə balonlarla çıxır... - "...üzünü görmək mümkün olmur"

Deputatımız seyrə balonlarla çıxır... - "...üzünü görmək mümkün olmur"




Milli Məclisin deputatı, "Relax" İstirahət və Turizm Mərkəzinin sahibi İqbal Məmmədovun bahalı avtomobilinin görüntüləri ortaya çıxıb...

Bununla bağlı Lerik sakinləri məlumat veriblər.

Sakinlər bildirib ki, İqbal Məmmədov Lerikin deputatı olsa da, ancaq üzünü görmək mümkün olmur.

Sakinlərin sözlərinə görə, İqbal Məmmədov Lerikdəki istirahət mərkəzinə gəlib-gedərkən "10-AA-715" dövlət nömrə nişanlı lüks avtomobilindən istifadə edir.

Sakinlər deyir ki, son model "Mercedes-Benz S-Class" markalı həmin avtomobilin bazar qiyməti 150-200 min dollar təşkil edir.

Qeyd edək ki, 78 saylı Lerik seçki dairəsindən deputat olan İqbal Məmmədov ötən ilin avqust ayında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə gündəmə gəlmişdi. Həmin vaxtı İqbal Məmmədovun oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları vergi əməkdaşlarına qarşı zor tətbiq etmişdilər.(Demokrat.az)

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz