29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır.
Bu barədə Gununsesi.info-ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib.
Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli ilə bağlı Nigar Arpadarai ilə görüşməyə çalışsallar da bu mümkün olmur.
“Hər dəfə onun xaricdə olduğu deyilir. Amma sonradan sosial şəbəkələrdə baxırıq ki, Bakıdadır. Köməkçisi ümumiyyətlə, yalan danışır” deyə deputatın seçiciləri narazılıq edir.
Səbail Rayon İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri isə deputatın seçiciləri ilə yanaşı icra hakimiyyətinin də tədbirlərinə laqeyidlik göstərdiyini deyib: “Dəvət olunduğu tədbirlərin əksəriyyətinə qatılmır. Ancaq rəsmi görüşlərdə olur. İnsanlarla ünsiyyətdən yayınır”.
Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı bu iddialarla bağlı deputatın özünün mövqeyini öyrənməyə çalışsa da buna nail ola bilməyib.