"Eurovision 2011" qalibi Nigar Camal sevgilisi olduğunu etiraf edib.
Axşam.az xəbər verir ki, müğənni bu barədə "ATV maqazin onlarla" proqramında danışıb. Nigar bildirib ki, gözəl münasibəti var və xoşbəxtdir:
"Sevdiyim insanın əsiriyəm. Sevgilim var. Özümü xoşbəxt hiss edirəm".
Qeyd edək ki, həyat yoldaşından illər əvvəl boşanan Nigarın 2 qız övladı var. Sənətçi hər dəfə yenidən ailə qurmaq və üçüncü dəfə ana olmaq istədiyini deyib.