Axtarış...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi pulları İlham Şıxseyidova ötürür... - İcazə verin, şübhələnək...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi pulları İlham Şıxseyidova ötürür... - İcazə verin, şübhələnək...


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.

DİA.AZ xəbər verir ki, 3 milyon manatlıq tenderin qalibi “Conco” QSC-dir.

Xatırladaq ki, “Conco” QSC bundan əvvəl MİDA MMC-nin Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli binalarının tikintisi üzrə 6 645 194 manatlıq tenderini qazanıb. Bu da sonuncu və ilk tender deyil ki, “Conco” QSC-yə dövlət qurumlarından milyonlar ayrılır.

Bu barədə yetərincə faktlar var bizi maraqlandıran daha çox bunun səbəbləridir. Yəni nədən əvvəlcə tikinti şirkəti kimi yaranan və sonradan QSC-yə çevrilən "Conco" QSC bu qədər matahdır.

Xatırladaq ki, “Conco” MMC təşkilati-hüquqi forması dəyişərək iki il əvvəl QSC-yə çevrildiyini elan edib.

Bildirək ki, “Conco” QSC ilk əvvəl MMC formasında Azərbaycan tikinti sektorunda 2015-ci ilin mart ayından öz fəaliyyətinə başlayıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi pulları İlham Şıxseyidova ötürür... - İcazə verin, şübhələnək...

İlham Şixseyidov

Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi İlham Şixseyidovdur. “Conco” şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3 ünvanında fəaliyyət göstərir.

Eyni zamanda, “MİDA” MMC yaşayış binasının tikintisi üçün “Conco” şirkətini cəlb edib. Bu şirkətin layihələrinə təhsil, ticarət, iaşə obyektləri və yaşayış binaları daxildir.

DİA.AZ bildirir ki, aparılan araşdırmalar zamanı dövlət qurumlarının matahı kimi görünən "Conco" QSC ilə bağlı ortaya ilginc faktlar çıxıb. Və bu faktlardan aydın olur ki, əslində İlham Şıxseyidov heç də əsas fiqur deyil və onu yönəldənlər var ki, bu səbəbdən bu gün "Conco" QSC belə əlahiddə mövqeyə malikdir, dövlətin milyonlarını rahatlıqla "qazana" bilir.

Bu barədə daha geniş materialımız olacaq. Bizi izləməyə davam edin.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz