Prezident İlham Əliyev Anar Adil oğlu Quliyevin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, Prezidentin digər sərəncamı ilə A. Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin olunub.