Gəncə şəhəri Tibbi- Bədən Tərbiyəsi Dispanserinin Baş həkimi Aynur İbrahimova xarabalığa çevirlmiş dispanseri şəxsi obyektinə çevirib.
Heç kimə sirr deyil ki, insanların sağlamlığını və dövlətin sosial platformasını biznes obyektinə çevirən səhiyyə ocağı sözün həqiqi mənasında can bazarıdır. İdmançıların sağlamlığı üzərində qazanılan pullar isə, xəstəxananın baş həkiminin əsas gəlir mənbəyinə çevrilib. Üstəlik dövlət büdcəsindən xəstəxanaya ayrılan bütün vəsaitlər də məhz baş həkim tərəfindən mənimsənilir.
Dispanser “özbaşınalıq epidemiyası”ndan qurtula bilmir
Dispanseə daxil olan şikayətlər, idmançıların qarşılaşdıqları problemlər, haqsızlıqlar, həkim səhlənkarlıqları səngimək bilmir.
Gəncə şəhəri Tibbi- Bədən Tərbiyəsi Dispanseri ölkənin ən bərbad səhiyyə ocaqlarından biridr.
Xəstəxananın uçub dağılmış otaqlarında baş həkim Aynur İbrahimovanın rəhbərliyi ilə babat qazanc əldə edilir. Dispanser “özbaşınalıq epidemiyası”ndan qurtula bilmir.
Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma Gəncə şəhəri Tibbi- Bədən Tərbiyəsi Dispanserində bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib.
Bu səhiyyə ocağında idmançıları soğan kimi soyurlar.Gəncə şəhərinin ən böyük tibb müəssisələrindən biri olan dispanserdə özbaşınalıq hökm sürür. Baş həkim problemlərin həlli istiqamətində deyil, şəxsi gazanc, gəlir mənbəyi istiqamətində fəaliyyətini davam etdirir.
Aynur İbrahimova ata ocağının kiçik qızı kimi ərköyünlük edir
Aynur İbrahimova “Burda mən, Bağdadda kor xəlifə” prinsipi ilə ata ocağının kiçik qızı kimi ərköyünlük edir. Xanımın gözü doymur. Daha da zəngin olmaq üçün alternativlər düşünməkdən yorulmur.
Əslində Gəncə şəhəri Tibbi- Bədən Tərbiyəsi Dispanserində yer almış müxtəlif neqativ hallar, bu tibb müəssisəsində baş verən çeşidli qanun pozuntuları barədə uzun-uzadı danışmaq da olar, yazmaq da.
Bu gün dispanserdə cərəyan edən hadisələrdən Gəncə əhalisinin böyük əksəriyyəti xəbərdardır.
Baş həkim Aynur İbrahimova tibb ocağındakı problemləri həll etməkdənsə öz şəxsi problemlərini həll etmək üçün vətəndaşlara xüsusi özəl xidmətlər təklif edərək cibini doldurur.
Əslində Aynur İbrahimovanın arxasında gözəgörünməz bir qüvvə durur.
Xanım nə qanuna məhəl qoyur, nə qaydalara əməl edir.
İdarə etdiyi müəssisə də göz qabağındadır.
Bəli, bütün bunların hamısı əyalətdə, paytaxtdan xeyli uzaq şəhərdə, Gəncə şəhəri Tibbi- Bədən Tərbiyəsi Dispanserində baş verənlərdir. Baş verənlərin idmançıların həm fiziki, həm də mənəvi durumlarına bilavasitə təsir etməsidir. Cərayan edən özbaşnalıqları isə heç də proqressiv və ürəkaçan hallar kimi qiymətləndirmək olmaz.
Fizioterapiya xidməti idmançılara 20 manatdan təklif olunur
Bura tibb müəssisəsidir ya biznes obyekti,..
Bu Hamletsayağı sual - Bədən Tərbiyəsi Dispanserinin giriş qapısından içəri daxil olduğu andan, tərk edənə qədər hər bir vətəndaşın beynini dələn əsas suala çevrilir.
Əsgərova Elnurə Nurəddin qızı yəqin Gəncə sakinlərinə bu isim tanışdır. Xanıma dispanserdə Fizioterapiya kabineti təşkil edilib. Fizioterapiya xidməti idmançılara 20 manatdan təklif olunur.
Əl əli yuyar əl də dönər üzü
Ata ocağının ərköyün qızı Aynur İbrahimova Elnurə Əsgərovaya hərcür şərait yaradıb ki, xanım evinə çörək aparsın. Amma bu həkim xanımın ürəyininin incəliyindən deyil, pula olan böyük sevgisindən, qanunlara hörmətsizliyindən irəli gəlir,qeyri-qanuni pullu xidmət baş alıb gedir. Kabinetlərdə konkret tariflər müəyyənləşdirilib. Xəstələrə qarşı laqeydlik, baxımsızlıq, vicdansızlıq Aynur İbrahimova alverinin fonunda davam edir.
Səhiyyə müəssisəsində qanun şahdır, yoxsa....
Bütün tibb müəssisələrində əhaliyə göstərilən zəmanətli tibbi xidmət pulsuzdur.
Bu elan bütün dövlət xəstəxanalarında elə qapının girişindəcə asılıb. Amma bu elanın Gəncə şəhəri Tibbi- Bədən Tərbiyəsi Dispanserində “nağıl” olmasına heç kim şübhə etmir. Adı çəkilən tibb ocağında idmançıların tibbi xidmət almaq hüququ yalnız qanunlarda var.
Qanunvericilikdə idmançılar üçün pulsuz tibbi xidmət nəzərdə tutulsa da Aynur xanımın qoyduğu qanunlar qanunvericiliklə ziddiyyət təşkil edir.(Azerinews.az)
Gəncə şəhəri Tibbi- Bədən Tərbiyəsi Dispanserində baş həkim Şah, qanun nökərdir.