Axtarış...

Gəncədə bu səhiyyə ocağında rüşvət tüğyan edir... - İTTİHAM

Gəncədə bu səhiyyə ocağında rüşvət tüğyan edir... - İTTİHAM


Haqqında yazmaq istədiyimiz Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxana özəl-filan deyil, bir başa dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərir.

Xəstəxananın ərazisi 3 hektardan çoxdur, bir neçə il əvvəl dövlətin hesabına tam təmir olunub və ən müasir tibb avadanlıqları ilə təmin edilib.

Bəs onda nəyə görə, xəstələr həkimlərə, tibb bacılarına pul-rüşvət verməli, üstəlik dərmanları özləri almalıdırlar. Bura məgər özəl, şəxsi klinikadır ?
Bütün bunlar azmış kimi, xəstəxana əsl virus yuvasıdır. Heç koronavirusa-zada ehtiyac yoxdur. Xəstəxananın həyəti əsl antisanitariya ocağıdır. Otaqlarda təmizlikdən əsər-əlamət yoxdur.

Bütün bunlarla bərabər indi əlavə problemlər də çıxıb.

Dünyanı bürüyən koronavirus pandemiyası 1 saylı xəstəxanada əməlli-başlı qazanc mənbəyinə, biznes sahəsinə çevrilib.

Deməli, koronavirus xəstələrinə baş çəkmək, onlara lazım olan qida məhsullarını çatdırmaq üçün xəstənin sahibi ən azı hər dəfə 10 manat verməlidir.
Yəni əməlli-başlı rüşvət piramidasl qurulub xəstəxanada.

Qapıdan girəndə mütləq mühafizəçiyə verməlisən, sonra həkim, tibb bacıları, axırda baş həkimə verməlisən.

Lap rəhmətlik Cəfər Cabbarlı demişkən, pristava ver, nəçənniyə ver, kəndxudaya ver, ver, ver...

Yazıq insanlar öz xəstələrininn hayına qalsınlar, yoxsa həkimlərə pul versinlər...

Yəqin ki, bu barədə Səhiyyə Nazirliyi, Gəncə şəhər icra hakimiyyəti və Səhiyyə idarəsinin yeni rəisi Nazim Əhmədov öz mövqeyini bildirəcək. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz