Xəstəlikləri İnstitutunda qanunsuzluqların baş verdiyini deyir.
O, hazırda institutda problemlə üzləşmiş Aynur Əsədlinin hüquqlarını müdafiə edir.
Meydan TV-yə müraciət edən Zeynalov bildirib ki, 22 ildir sözügedən tibb müəssisəsində çalışan həkim-laborant Aynur Əsədli institut rəhbərliyi tərəfindən üzləşdiyi və həllini tapmayan problemlərlə bağlı Prezident İlham Əliyevə müraciət edib, nəticədə Həqiqət Qədirovanın təzyiq və təhdidlərinə məruz qalıb.
“TƏBİB rəhbərliyi isə yazılan müraciətlərə cavab vermir, araşdırma aparmır. Qeyd edim ki, bir neçə müddət əvvəl direktorun təzyiqi ilə işdən çıxarılmış institutun həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova 2 illik mübarizədən sonra məhkəmənin yekun qərarına əsasən işinə bərpa edildi. Lakin Həqiqət Qədirovanın qisas siyasəti əvvəlcə onu intihar həddinə çatdırdı, daha sonra isə işdən könüllü şəkildə uzaqlaşmaq məcburiyyəti qarşısında qoydu. Eyni vəziyyətlə Aynur Əsədli üzləşib. Həqiqət Qədirovanın təşəbbüsü ilə 3 il əvvəl institutun Kliniki-diaqnostika laboratoriyasına şöbə müdiri təyin edilmiş Nuriyyə Səlimova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Aynur Əsədli də daxil olmaqla şöbənin bir sıra işçilərinə qarşı qeyri-adekvat münasibət sərgiləyir”, – ictimai vəkil deyib.
Onun sözlərinə görə, işçilər arasında inciklik salınır, bir-birinin üzünə durmağa məcbur edilirlər: “Həkim Aynur Əsədli məhz uzun müddətdir davam edən ayrı-seçkiliyə, haqsızlığa dözməyərək intihar həddinə çatıb. Ancaq bu günə qədər səsini eşidən yoxdur. Yazılan şikayətlər araşdırılması üçün direktor Həqiqət Qədirovaya yönləndirilir. Guya Aynur Əsədliyə reaktivlər saxlanılan soyuducuya dəfələrlə mürəbbə qoyduğuna görə xəbərdarlıq olunub və bütün problem də burdan qaynaqlanır. Necə ola bilər ki, həkim xəbərdarlıqlara məhəl qoymasın, əvəzində intihar həddinə çatsın? Laboratoriya işçilərinin izahatları var. Yazılıb ki, Aynur Əsədlinin qeyd olunan halla bağlı heç bir əlaqəsi olmayıb və o, uzun müddətdir, bu kimi böhtanların hədəfinə çevrilib”.
Aynur Əsədli məhkəməyə müraciət edib. Nizami Rayon Məhkəməsində iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilib.
“İşə sözügedən məhkəmədə baxılmaması qərara alınıb ki, bu da məhkəmə aidiyyatının müəyyənləşdirilməsi baxımından qanunsuzdur. Hakim Qumru Əliyeva Ağciyər Xəstəlikləri İnstitutuna qarşı mövcud iddia tələbinin inzibati məhkəmədə baxıla biləcəyinə dair qərardad qəbul edib. Ağciyər Xəstəlikləri Institutu isə inzibati orqan sayılmır. Buna görə də iddiaçı tərəfindən şikayət olunub”, – hüquq müdafiəçisi deyir.
Aynur Əsədli hazırda həkim nəzarəti altında müalicə alır. Onun psixoloji vəziyyəti qeyri-qənaətbəxş sayıldığından özü Meydan TV-yə danışmaq istəməyib, hüquq müdafiəçisinin dəstəyindən istifadə edib.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan isə deyiblər ki, mübahisəyə kifayət qədər münasibət bildirilib və H.Qədirova belə məsələlərə ayırmağa vaxtı yoxdur.
TƏBİB-dən də suallara cavab verməyiblər.
İnstututda bir neçə həkimlə direktor arasında mübahisə illərdir davam edir. Həkimlərlə direktor arasında qalmaqal iclasda da davam edib və görüntülər həkimlər tərəfindən sosial şəbəkələrdə yayılıb. Ötən ilin əvvəlində TƏBİB institutda yoxlama aparılacağını açıqlamışdı, lakin nəticələrlə bağlı məlumat verilmədi.