Ermənistandakı tibb mərkəzlərinin birində uşaq suçiçəyi xəstəliyindən ölüb.
Bu barədə “Sağlamlıq hüququ” ictimai təşkilatının həmsədri Tsakik Vardanyan sosial şəbəkədə yazıb:
“Bu gün etibarlı mənbələrimizə əsasən, İrevan meriyasının tabeliyində olan “Surb Astvatsamayr” tibb mərkəzində suçiçəyi diaqnozu qoyulan 2015-ci il təvəllüdlü xəstənin bioloji ölümü qeydə alınıb.
Onu da əlavə edim ki, beynəlxalq göstəricilərə görə, suçiçəyi xəstəliyindən ölüm halları 60 000 hadisədən 1-də qeydə alınır.
2020-ci ilin iyun ayında Ermənistan səhiyyə rəsmisi ölkədə suçiçəyi fəaliyyətinin normal həddə olduğunu” bildirmişdi”