Axtarış...

TƏBİB bu işdən də PUL ÇIXARIR... - FAKTDIR... amma danırlar...

TƏBİB bu işdən də PUL ÇIXARIR... - FAKTDIR... amma danırlar...

Ölkədə səhiyyə sistemi ilə bağlı narazılıqların bir qismi təcili tibbi yardımla bağlıdır. Vətəndaşlar təcili tibbi yardım maşınlarının çağırışa vaxtında getmədiyindən şikayətlənirlər. Gecikməyə səbəb kimi ya paytaxt yollarındakı sıxlıq, yaxud da çağırışın çox olması göstərilir.

Vətəndaşlara pulsuz göstərilən xidmətin narazılıq yaradan digər tərəfi isə xəstənin bir xəstəxanadan digərinə daşınmasıdır.

Belə ki, təcili tibbi yardım maşını xəstəni xəstəxanaya aparır, həmin xəstəxanada xəstəni müayinə etmək üçün lazımi avadanlıq və ixtisaslaşmış tibbi xidmət olmadıqda xəstəni tam xidmət göstərən xəstəxanaya aparmaq lazım gəlir.

Bu günlərdə səhhətində yaranan problemlə bağlı vətəndaşın çağırışına gələn təcili tibbi yardım xidməti xəstəni müayinə üçün Mərkəzi Neftçilər xəstəxanasına aparıb. Həmin xəstəxanada ixtisaslaşmış tibbi xidmət olmadığı üçün xəstəni “MediStyle Hospital”a aparmaq lazım bilinib. Lakin təcili tibbi yardım maşını ilə xəstəni ora aparmaq üçün vətəndaşdan 70 manat məbləğində vəsait tələb edilib.

Qeyd edək ki, ölkəmizdə səhiyyənin bir sıra xidməti icbari tibbi sığorta hesabına aparılır və vətəndaş sığorta olunduğu üçün ondan pul tələb olunmamalıdır.

Məsələyə aydınlıq gətirmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq.

TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstə digər xəstəxanaya tibb müəssisəsinin hesabına aparılır:

““İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarının 5.4 bəndinə əsasən, təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, tibb müəssisəsi öz maliyyə vəsaiti hesabına sığortaolunanın həmin tibbi yardımı göstərən digər tibb müəssisəsinə göndərilməsini təmin edir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz