Axtarış...

Şirvanda təcili yardım fəlakəti - GİLEY

Şirvanda təcili yardım fəlakəti - GİLEY

Şirvanda Təcili Tibbi Yardım Xidmətinin işində Şok Nöqsanlar hökm sürür

Təcili yardım çağıran şəhər sakinləri, edilən zənglərə cavab verilmədiyindən, həkimlərin gecikdiyindən və keyfiyyətli xidmət göstərməməsindən şikayət edir.

"Şirvan şəhər Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (TTTYS) neqativ olaylar hökm sürür.

Millitv.az xəbər verir ki, bu barədə Gündeminfo.az-a şəhər sakinlərindən müraciət daxil olub.

Təcili yardım çağıran şəhər sakinləri, edilən zənglərə cavab verilmədiyindən, həkimlərin gecikdiyindən və keyfiyyətli xidmət göstərməməsindən şikayət edir.

Bununla bağlı redaksiyaya müraciət edən şikayətçi bildirilir ki , fevralın 9 axşam radələrində həyat yoldaşı antibiotik həb qəbul etdikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib.

Bununla bağlı saat 19.50-dən etibarən Şirvan şəhər Tibbi Yardım Stansiyasına bir neçə dəfə zənglər edilib. Lakin stansiyaya edilən çoxsaylı zənglər məşğul göstərilib. Zəng etdikləri 10 dəqiqə ərzində isə ağır vəziyyətdə olan xəstəmi itirməklə üz-üzə qalıblar.

Getdikcə vəziyyətin daha da çətinləşdiyini görən yaxınları xəstəni taksi ilə Təcili Yardım Stansiyasına çatdırmağa məcbur olublar.

Stansiyada gördükləri mənzərə xəstənin yaxınlarını hiddətləndirib. Belə ki, Stansiyaya məxsus 2 yardım maşını boş vəziyyətdə dayanmasının, habelə axşam növbəsində xid-mət göstərən həkim briqadasının isə bir otağa yığılaraq “şirin” söhbət etdiklərinin şahidi olublar..

Xəstənin yaxınları telefona cavab verilməməsinin səbəbini soruşduqda isə onlar faktı inkar ediblər və ağır vəziyyətdə olan xəstəyə ilkin yardım göstərməkdən imtina ediblər.

Vəziyyəti belə gördükdə xəstəni Təcili Tibbi Yardım Bölməsinin Müşahidə Şöbəsinə çatdırıblar.

Qeyri-qənaətbəxş şəraitin Müşahidə Şöbəsində də hökm sürdüyünü bildirən xəstə yaxınları, bir otağa yığılan 3 xəstənin qeyri-sanitar şəraitdə, ələlxüsus pərdə arakəsmələr vasitəsilə “palata” halına gətirilmiş halda saxlandıqlarının şahidi olublar. Eləcə də tibbi maskadan istifadə olunmadan, sosial məsafə saxlanılmadan.

Analoji oyun digər Şirvan sakinlərinin də başına gətirilib. Belə ki,şəhər sakini Tahir Şahbazov bildirib ki,dəm qazından zəhərlənən həyat yoldaşına tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım Stansiyasına zəng edib.Onun da çoxsaylı zənglərinə cavab verən olmayıb. Ardıcıl edilən zənglərin birində isə texniki səhv nəticəsində Sabirabad rayon Təcili Tibbi Yardım Stansiyasına düşüb.

Qeyd edək ki, Şirvan şəhər Təcili Yardım Stansiyası ilə bağlı şikayətlər əvvəllər də, yəni şəhər səhiyyəsinin “unudulmaz” Baş həkimləri olan Fərhad Səfərovun və İlham

Mustafayevin də vaxtında daxil olub.Yarıtmaz tibbi xidmətlər, gecələr stansiyanın həyətinin qaranlıqlara qərq olması,həkim qıtlığı və s. kimi neqativ hallar müraciətlərdə geniş yer alıb.

Onların şikayətçi vətəndaşlarla daha çox hədə-qorxu, təhdid dili ilə danışmalarını isə hamı çox gözəl bilir. İrad bildirənlərə "hara istəyirsən, kimə istəyirsən şikayət edə bilərsən" deməsi, Səhiyyə rəhbərlərinin ölkə qanunlarına məhəl qoymaması anlamına gəlir.

Lakin görünür Şəhər Səhiyyəsinin başında duranlar, hələ də Tibbi Yardım Stansiyasında öz qanunlarını diqtə edirlər. Odur ki, nəinki Şirvan Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, hətta ümumilikdə Şəhər səhiyyəsində hansısa uğurdan danışmaq bulanıq suda balıq axtarmağa bərabərdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz