Axtarış...

TƏBİB-in yeni yaratdığı mərkəzdə vəzifəyə can atan Yaqub Məmmədov həm də nədən narahatdır? - İLGİNC FAKTLAR



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sentyabrın 29- mətbuata verilən məlumata görə “Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur.

TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilir.

Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır”.

Aktualinfo.org-a verilən məlumata görə artıq yeni yaradılacaq “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin rəhbəri vəzifəsini tutmaq uğrunda mübarizə başlayıb. Təbii ki, sözügedən vəzifəni tutmaq üçün TƏBİB sədri Vüqar Qurbanova yaxın adamlar da çoxdu. Məlumata görə bu vəzifəyə daha çox can atanlar arasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtobaza müdiri Yaqub Məmmədov da var. Məlumatlara görə Yaqub Məmmədovun bu vəzinin başına keçməyə imkanı da var. Amma TƏBİB-in sözügedən qurumları birləşdirmək yolu ilə yenidən təşkil etmək qərarı Yaqub Məmmədov üçün heç də ürəkaçan olmayıb.

Belə ki, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsi təşkil edilməsi məqsədi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyətləri yoxlanılmağa başlayıb. Avtobazanın maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması isə bir sıra maliyyə pozuntularının aşkarlanmasına səbəb ola bilər. Avtobazanın fəaliyyətində daha çox dövlət satınalmalarının təşkili zamanı yol verilən qanun pozuntularıdır ki, burada mal-materialların və avtomobillərə ehtiyat hissələrinin alınması zamanı qiymətlərin süni şəkildə şişirdildiyi də üzə çıxa bilər. Odur ki, keçmiş Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın avtobaza müdiri Yaqub Məmmədov üçün heç də xoşa gəlməyən hallarla nəticələnə bilər.

Məlumat verənin sözlərə görə bütün bunlara baxmayaraq Yaqub Məmmədov ümidini itirməyib və TƏBİB sədri Vüqar Qurbanovla olan isti münasibətləri və geniş imkanları onun yeni yaradılacaq “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”ndə mühüm vəzifələrdən birini tutmağa şirnikləndirir.

Aktualinfo.org
Text-to-Speech

DİNLƏ






Şərh yaz
Appreciate this post. Let me try it out.

Feel free to visit my web-site [url=https://www.demilked.com/author/maylevel3/]2[/url]