Axtarış...

İki azyaşlı uşaq anası çörəyə möhtac qalıb - GİLEY


Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən başda Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə alimentin uzun müddət ödənilməməsinə görə Qax İcra Şöbəsinin qanunsuz hərəkətlərinin aradan qaldırılması ilə bağlı müraciət ünvanlanıb.

Bir surəti də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir:

Xatırladım ki, mən, Qax rayon Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə 2012-ci il tarixində rəsmi nikaha girmişik. Bu nikahdan 24.09.2013-cü il tarixdə Osmanova Zəhra Rüstəm qızı və 04.01.2016-cu il tarixində Osmanova Zeynəb Rüstəm qızı adlı, qızlarımız dünyaya gəlmişdir.

Mən toyumuzdan sonra ərimə məxsus Qax rayonun Qıpçaq kəndindəki ünvanında yerləşən 5 otaqlı mənzilə gəlin köçmüşdüm.

29 dekabr 2015-ci il tarixli Qax Rayon Məhkəməsinin qətnaməsilə mənimlə ərim arasında nikah pozulmuşdur.Və həmin vaxtdan başlayaraq Rüstəmlə birgə nikahdan doğulmuş 2013-cu il təvəllüdlü Osmanova Zəhra Rüstəm qızının və 2016-cı il təvəllüdlü Zeynəbin saxlanması və müalicələr olunması üçün 2022-ci ilədək heç bir maddi köməklik göstərilməmişdir.

Baxmayaraq ki, Qax rayon Məhkəməsində aliment verilməsi qət edilmişdir. Qətnamə çıxanadək o bir manat da olsa pul ödəməmişdir. Sonradan isə Qax rayon Məhkəmə hakimilə gizli sövdəkləşməsindən sonra o tövsiyəyə uyğun olaraq Sosial Təminat Nazirliyində “VTEK-dən özünə saxta əlillik ( 3-cü qrup üzrə) dərəcəsini rüşvət verib düzəltdirmişdir ki, hər iki uşaq üçün cəmi 50 manat pul ödəsin. Bəli, belə də olmuşdur.

2014-cü ildən boşanma rəsmiləşmişdirildikdən sonra mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan 8 il keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq əvəllər bir neçə il cəmi 25 manat pul ödədi. Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir. Ailəsinin yeganə övladı kimi onların hazırda Qaxın İbaxlı və Qıpçaq kəndindəki geniş evlərindən başqa Bakı, Mingəçevir, Qax şəhərlərində də şəxsi evləri vardır. Yaşadıqları Qıpçaq kəndində isə 1000 baş xırdabuynuzlu və 55 baş baş iribuynuzlu mal-qara sahibidir. Geniş torpaq sahələri (hansı ki, rəsmən taxıl əkməyə görə son illər 6 ha torpağa görə 2019-cu ilədək 3000 manat subsidiya alırlar), fındıq, qoz bağları, fermaları, kənd təsərrüfatı texnikaları və işçiləri vardır. Bir sözlə, kəndin ən imkanlı və varlı fermer ailəsi hesab olunurlar. Amma Rüstəm iki zavallı və köməksiz qalmış övladlarına dövlətin təyin etdiyi hər bir uşaq üçün olan sabit pul məblıəğini ödəməmək üçün Sosial Təminat Nazirliyinin yerli şöbəsində özünü 2-cü qrup əlil kimi sənədləşdirərərk(tam sağlam olan Rüstəm 2017-ci ilin iuyl ayında 3000 manat rüşvət hesabına 3-cü qrup əlillik dərəcəsi almışdır) guya 55 manat pensiya aldığını bəyan etməklə aliment vermək imkanının olmadığını rəsmi orqanlara yalandan bildirmişdir.Və belə də bir müddət aliment etmişdir Yəni pensiyasının məbləğini göndərmişdir 55 manatı.

Hələ o vaxtı – 6 yanvar 2018-ci il tarixli şikayət ərizəmizə 19 fevral 2018-ci il tarixli Ombudsman Aparatının sədrinin imzasıilə daxil olmuş cavab məktubunda bizə bir çox məsələlər aydın olmuşdur. Belə ki, hörmətli Elmira Süleymanova Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə tapşırıq verərək mənim aliment məsələmin araşdırılmasını xahiş etmişdir. Rəsmi cavabdan aydın olur ki, Qax İcra Şöbəsi əvvəlcə 2014-cü ildən başlanmış icraat zamanı borclu alimenti qeyri-müntəzəm şəkildə ödədiyini bildirir və yaranmış aliment borcunun ödənilməsi üçün R.Osmanovun yetərli əmlakı “aşkar edilməməsini” vurğulayır. Bəs o zaman sual olunur ki, valideynlərilə birlikdə yaşayan və fermer fəaliyyətilə intensiv məşğul olan Rüstəmə görəsən heç olmasa ailənin əməkhaqqı verdiyi çoban və nökərləri qədər əməkhaqqı və pay vermirmi?

Qax rayon İcra Şöbəsi həmişəki kimi mənim işimdə də qanunsuz işlərlə məşğul olaraq çoxsaylı milyonluq sərvətlər toplamış ərimin guya heçnəyi yoxmuş kimi “sudan duru çıxarması” cəhdi” onun bu adamla gizli sövdələşməsindən xəbər verir. Axı Bakıdakı, Mingəçevir şəhərindəki evlərin hamısı Rüstəmin adınadır. Eləcə də bir çox əmlaklar.

Necə dəfə cəhd etmişəm ki, ünvanlı sosial yardım ala bilim. Özünəməşğulluq proqramına yazılım. Amma imkan verilməyim. Süründürməçilər bir iş də olsa təşkil etməyiblər ki, atamın çörəyinə möhtac qalmayım.
Qardaşım Ümidvar vaxtilə ərim Rüstəmlə birlikdə onun fermasında çoxsaylı heyvanlara baxırdı, qulluq edirdi. Bu heyvanların artırılması üçün o qardaşımı bir neçə mal oğurluq etməyə təhrik etdi birlikdə. Sonra qardaşım Osmanın adını çəkmədi. Dedilər çəksən bacını boşayacaqğıq. Aldatdılar. Ümidvar da hər şeyi oğurluğu öz boynuna götürdü. Amma bu ailə kişilik edib sözlərinin üstündə durmadılar. Qardaşım 13-cü kalona 4 il həbs cəzası çəkəndə məni də 2 azyaşlı ilə rədd etdilər. Amma o vaxt bu oğurluq qardaşımın nəyinə lazım idi. O ki, adicə maaş alırdı. Bunu soruşan olmamışdı.
Bəli, 2017-ci ildən isə Qax İcra şöbəsi Ombudsman Aparatına rəsmi cavab verir ki, R.Osmanov 55 manat təqaüd aldığı müəyyən edilərək tələb həmin vəsaitə yönləndirilmişdir. Yəni, son 3 il ərzində bu şöbə müəyyən edib ki, 2017-ci ilin iyul ayında Rüstəm 3-ci qrup əlil olubmuş və dərhal hərəkətə keçib məsələni “Həll ediblər. Digər tərəfdən sağ olsunlar ki, İcra şöbəsi 2016-cı ildə R.Osmanov barəsində aliment verməkdən yayındığına görə formal olaraq inzibati protokol tərtib edib Qax rayon Məhkəməsinə göndəriblər. Və bugünə kimi bizə məlum olmayan 08.11.2016-cı il və təkrar olaraq 01.02.2018-ci il tarixli məhkəmə qərarına əsasən yerli icra şöbəsinin təqdimatının rədd edilməsilə bağlı vicdansız hakim məhkəmə qərarı verilmişdir. Əsaslandırlmışdır ki, guya R.Osmanovun maddi imkanı yoxdur və o əlildir. Halbuki, R.Osmanov rəsmən 2017-ci ildə rüşvət hesabına “əlillik” dərəcəsi almışdır.

Amma mən bir insan olaraq, bir ana olaraq Osmanovlar ailəsinin var-dövlətində gözüm və iddiam yoxdur, başlarına dəysin. Orada qalan cehiz əşyalarım da başlarına dəysin. Mənim bircə istəyimvarki, son illərdə dövlətin təyin etdiyi hər bir uşaq üçün sabit pul olan alimentpulunualıbbuzavallı uşaqları dolandırım. Başqa heç nə.

Rüstəm Osmanov 2015-ci ildən 2017-ci ilədək hərdən bir neçə dəfə ayda 25 manat olmaqla 2017-ci ildən isə sağlam olduğu halda özünə rüşvət hesabına aldığı əlillik dərəcəsinə görə bir neçə dəfə az miqdarda pul ödəsə də, son illərdə aliment ödəməmişdir. Cəmi yığılan pul isə 4500 manatdır. Ona görə alimentdən yayınmaq üçün R.R. Osmanov bu il 2021-ci ildə yenidən 4000 manat ( norma belədir) rüşvət verib ikinci 5 illiyə özünü 2-ci qrup əlil kimi yerli komisiyaya təsdiq etdirmişdir. Sonuncu şikayət məktrubumdan sonra isə onu ləğv ediblər ki bu adam tam sağlamdır.Amma yenə də illərlə yığılıb qalan aliment pullarını təxminən 7500 manatı ödəmir. Və Qax icra Şöbəsinin icraçısı da süründürməçiliklə məşğuldur. Yəni belə bir vicdansız adamla sövdələşib 2 azyaşlı uşaqların ac qalması səbəbindən öz ailəsini haramçılıqla dolandırmaqla məşğuldur. Ədliyyə Nazirliyinin belə vicdansız icra məmuru barəsində nəhayət son qərar verilməlidir ki, mənim ailəmə düşən və yığılıb qalan bütün aliment ödənişləri hesablanaraq verilsin.

Cənab Prezident Sizdən çox xahiş edirəm ki, çörəyə möhtac qalan azyaşlı uşaqlara çataqcaq aliment pulunu ödəməyə məcbur etməyən Qax rayon İcra Şöbəsində baş verən qanunazidd hərəkətlər barəsində ciddi araşdırma aparılmasına və maddi maraqları təmin olunan yarıtmaz icra məmurları barəsində tədbirlər görülməsinə göstəriş verəsiniz ki, sonda bizim ailəyə çatacaq aliment pulları birdəfəlik ödənilsin. Sağ olun.

Aktualinfo.org



Şərh yaz