Axtarış...

Şəkilyev yenə də Şəhid ailəsi ilə ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu

Şəkilyev yenə də Şəhid ailəsi ilə ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu

Türkiyənin Ulusal Kanal Televiziyasında Qaxın daha bir Şəhidi – Qıpçaq kəndinin qəhrəman oğlu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Nəzir Osmanov barədə geniş süjet yayımlanıb.

Şəhidin valideynləri – anası Arzu xanım, atası Rahib dayı ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin onların qayğı və istəkləri ilə maraqlanmadığını və edilən müraciətlərə məhəl qoymadığını deyiblər. Şəhidin valideynləri göz yaşları içində ölkə rəhbərliyinə müraciət ediblər.

Vətən müharibəsində canı və qanı bahasına döyüşərək şəhidlik zirvəsinə ucalan Nəzir Osmanov Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Nəzir Osmanov 1998-ci ildə Qax rayonunun Qıpçaq kəndində doğulub. Ailənin sonbeşiyi olan Nəzir orta təhsilini doğulduğu Qıpçaq kənd tam orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Daxili Qoşunların sıralarında xidmət edib.

Allah rəhmət eləsin! //qax.org.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz