Axtarış...

Yeni nazir də köhnələrin yolunu gedir... - AXI NİYƏ?


Naxçıvanın təhsil naziri vəzifəsini icra edən Elxan Nəcəfov Kəngərli rayonunda qəbulu keçirib. Lakin, əvvəlcədən planlaşdırılmış görüşə şikayəti olan vətəndaşlar buraxılmayıblar. Görüşə buraxılmayanlar bir qrup şikayətçi müəllim və valideynlərdir.

Adının çəkilməsini istəməyən şikayətçilərdən birinin “Gündəlil Naxçıvan”a verdiyi məlumata görə, görüş ictimaiyyətdən xəbərsiz təşkil olunub:

“ Görüşdən bir gün xəbər tutduq. Müraciət etdik, dedilər, gecdir. Görüş keçirilən gün xeyli şikayətçi binanın qarşısına toplaşmışdı. Heç kimi buraxmadılar. 1-2 nəfər öz adamlarını qəbula saldılar. Özlərini reklam edirlər. Guya, vətəndaşların qayğısına qalırlar. Naxçıvan təhsilində rüşvət və özbaşınalıq baş alıb, gedir. Bu problemləri dinləmək istəmirlər”.(“Gündəlil Naxçıvan”)

Görüş Kəngərli rayon İcra Hakimiyyətinin binasında baş tutub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz