Axtarış...

İCRA BAŞÇISININ GÖRÜŞÜNƏ GƏLƏN OLMADI – FOTO

İCRA BAŞÇISININ GÖRÜŞÜNƏ GƏLƏN OLMADI – FOTO


Bərdə rayon icra hakimiyyəti başçısının keçirdiyi vətəndaş qəbulu zamanı zal boş qalıb. İcra başçısı Vidadi İsayevlə görüşə heç kəs gəlməyib.

Noyabrın 11-də keçirilən vətəndaş qəbulu ilə bağlı icra hakimiyyətinin saytında məlumat yerləşdirilib. Görüş vaxtı çəkilən şəkillərdən də görünür ki, zal boşdur, qəbula heç kəs gəlməyib. Ya da gələn vətəndaşları icra başçısı ilə görüşə buraxmayıblar.
Qəbul üçün seçilən zalda ön sıralarda icra hakimiyyətinin nümayəndələri əyləşib. Görünür, qəbula ancaq 1-2 vətəndaş gəlib. Zaldakı boşluğu da İH nümayəndələri ilə doldirmağa çalışıblar.

İH saytında isə qeyd edilib ki, qəbul zamanı qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülüb, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib, vətəndaşlara hüquqi yardım göstərilib.

Tribunainfo.Az
İCRA BAŞÇISININ GÖRÜŞÜNƏ GƏLƏN OLMADI – FOTO
İCRA BAŞÇISININ GÖRÜŞÜNƏ GƏLƏN OLMADI – FOTO
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz