Axtarış...

Paris Bakı ilə yaxınlaşır – Düpüyin sensasion şərhi

Paris Bakı ilə yaxınlaşır – Düpüyin sensasion şərhi

Fransa-Azərbaycan münasibətləri ümumilikdə dəyişkən olsa da, son həftələr yaxşılaşmağa doğru gedir. Azərbaycan BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini uğurla bərpa etdi. Amma diplomatik münasibətlər sülh sazişinin əldə olunması üçün lazımi səviyyədə deyil.

Bu sözləri Axar.az-a açıqlamasında fransız ekspert, Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Düpüy deyib.

“Fransa və Avropa üçbucaq məntiqi ilə regionda dəmir yolu, enerji, nəqliyyat və birgə həyata keçiriləcək digər layihələr üzərində işləməlidir. Yəni proses “Qoll yolu metodu” (Şarl De Qollun adı ilə bağlıdır, xarici siyasətdə həm realizmi, həm də fransız müstəsnalığını əsas götürür – red.) çərçivəsində nəzərdən keçirməlidir. Sadaladıqlarımız Avropanın enerji asılılığını azaltmaq üçün konstruktiv imkanlardır”, - o bildirib.

Düpüy hazırda baş verən geosiyasi proseslərin də mümkün nəticələrinin nəzərə alınmasını vacib hesab edib:

“Biz indi müəyyən geosiyasi nəticələri olacaq proseslərdən keçirik. Bunlara Ukraynadakı müharibəni, sülhlə bağlı planların uğursuzluğunu, eyni zamanda regionun bir sıra ölkələrində qarşıdan gələn seçkiləri misal çəkmək mümkündür. Azərbaycan dövlətinin Naxçıvana yolunun açılması ilə bağlı eksterritoriallıq hüququnun (hökumətin öz hakimiyyətini sərhədlərindən kənarda həyata keçirmək imkanı – red) müzakirəsi Ermənistanda ərazi bütövlüyü ilə bağlı məsələdə təşviş yaradır. Viktor Orbanın potensial Avropa Birliyi Şurasına sədrliyi isə şübhəsiz ki, Azərbaycan və Türkiyənin xeyrinə olacaq hərəkətləri təşviq edəcək.

Son olaraq, “Üç Dəniz Təşəbbüsü” (Baltik, Adriatik, Qara dəniz Təşəbbüsü və ya sadəcə olaraq “Üç Dəniz Təşəbbüsü” kimi tanınan və Baltik dənizindən Adriatik və Şimal-Cənub oxu boyunca uzanan 13 AB dövlətinin qurduğu forumdur –red.) ilə bağlı davam edən strateji qarışıqlıq və ya bloklara qoşulmama konsepsiyasının legitimliyinin yenidən gündəmə gəlməsi, “Qlobal Cənub”un daha çox nəzərə çarpmağa başlaması Bakı ilə münasibətlərin dəyişməsinə gətirib çıxaracaq. Avropa sözügedən proseslər fonunda Bakı ilə münasibətləri dəyişdirəcək və Cənubi Qafqazda qüvvələr nisbətini tarazlaşdırmaq məqsədilə Türkiyə, Tehran və Pekinlə əlaqələrdə vasitəçi kimi Azərbaycana müraciət edəcək. Amma ABŞ isə öz növbəsində birbaşa Rusiya və regional tərəfdaşlarla danışıqlar yolu ilə AB-ni prosesdən uzaqlaşdırmaq istəyir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz