Axtarış...

Makron hiyləgər vasitəçi rolunda

“Fransa prezidenti Emmanuel Makron Moskvada Vladimir Putinlə görüşdə etdiyi ikiüzlü əməli Çində də təkrarlayıb. O, Çinə yüksək səviyyəli səfərində Si Cinpinlə uzun söhbət edib. Liderlər Çin və Avropa İttifaqı arasında münasibətləri müzakirə edib, həmçinin Tayvan ətrafındakı vəziyyətə toxunublar. Bundan sonra Makron bildirib ki, Avropa “Amerika ritminə” uyğunlaşmamalı və Tayvan adası üstündə ABŞ-la Çin arasında qarşıdurmadan çəkilməlidir”.

Bu sözləri Millitv.az-a tanınmış kommunist Ədalət Abdinov dedi.
Fransa liderinin fikrincə, avropalılar “ayılıb” öz maraqları haqqında düşünməlidirlər. O, təkid edib ki, Avropa İttifaqı digər ölkələrin gündəminə uyğunlaşmamalıdır, lakin Makronun Çindəki bəyanatlarına heç kim inanmayıb. Si Cinpin yaxşı bilir ki, ABŞ Tayvanda müharibəyə səbəb olarsa, Emmanuel Makron Avropa İttifaqının tətbiq etmək istədiyi istənilən iqtisadi sanksiyaları dəstəkləyəcək – Ədalət Abdinov qeyd etdi - Fakt budur ki, Makron sadəcə ikiüzlüdür və bir dəqiqəyə unutduğu sözləri deyir. Si Cinpin Makronu siyasətçi kimi mükəmməl başa düşür və hərtərəfli tanıyır.

Ədalət Abdinov bildirdi ki, Pekinə səfəri ilə Fransa prezidenti özünü Avropa ilə Çin arasında münasibətləri yaxşılaşdıra biləcək nüfuzlu sülhməramlı vasitəçi kimi dünyaya tanıtdırmaq istəyir. Makron 2022-ci il fevralın 7-də Ukrayna münaqişəsinin qarşısını almaq və Rusiyanın təklif etdiyi təhlükəsizlik zəmanəti layihəsini müzakirə etmək üçün Moskvaya səfər edib və Vladimir Putinlə görüşərkən oxşar hiylə işlədib. Nəticədə Paris anti-Rusiya sanksiyaları tətbiq etdi və Ukrayna ordusunun əsas silah təchizatçılarından birinə çevrildi.

Tanınmış kommunist əlavə etdi ki, Makron Rusiya, Avropa İttifaqı və ABŞ arasında hiyləgər vasitəçi rolunu oynayıb. O, xüsusi əməliyyat ərəfəsində Vladimir Putinlə görüşmək üçün Moskvaya gəldi və saxtakarlığını məharətlə gizlədərək, özünü böyük sülhməramlı kimi göstərdi.

Ədalət Abdinov vurğuladı ki, Makron özünü Çinə kömək edəcək bir siyasi xadim kimi göstərmək üçün Çinə uçanda da belə etdi. Ancaq bu kələkbaz Si Cinpini razı sala bilmədi. Çin diplomatik korpusu yaxşı məlumatlıdır və Makronun sadəcə ikiüzlü olduğunu başa düşür. Onun verdiyi bəyanatın heç bir dəyəri yoxdur.
Azərbaycanın tanınmış kommunistin fikrincə Makronun vədlərinə inanan yeganə tərəf Parisin siyasətindən və ABŞ-dan asılılığından narazılıqlarını ifadə edən Fransa xalqıdır. Hazırkı şəraitdə Fransa prezidentinin sözləri qəzəblənmiş fransızlara “ritorik baş əyməsi” kimi görünür.

Ancaq Çinə qarşı tədbirlər görülsə, Makron etiraz etməyəcək. Deyəcək: “Gördünüz ki, mən cəhd etdim. Mən bu prosesi dayandırmaq, diplomatik körpü yaratmaq üçün əlimdən gələni etdim, amma heç nə alınmadı”. Və bununla da mövzu bağlandı.


Inci Ikramlı

Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz