Axtarış...

Paşinyandan sensasion tapşırıq: Qarabağ, Rusiya, Zəngəzur... - ŞOK DETALLAR

Paşinyandan sensasion tapşırıq: Qarabağ, Rusiya, Zəngəzur... - ŞOK DETALLAR


Sentyabrın 27-də Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş müqavıləsi” fraksiyasının deputatları ilə 3 saatdan çox davam edən qapalı görüşü keçirilib.

Millitv.az “Ölkə.Az”a istinadla xəbər verir ki, qapalı görüşdə müzakirə edilən əsas məsələlər barədə bəzi məlumatlar erməni mediasına sızıb.

Qapalı toplantıda Qarabağdakı son hadisələrdən danışan Nikol Paşinyan komandasına tapşırıq verib ki, Qarabağdan çıxan ermənilərin Ermənistanın müxtəlif bölgələrində dövlət idarələrinə mümkün qədər tez və rahat şəkildə köçürülməsini, həm də onların işlə təmin olunması təşkil edilsin. O, Qarabağdan çıxan ermənilərin maksimum dərəcədə İrəvanda yerləşdirilməsinə imkan verməməsi barədə göstəriş verib.
O eyni zamanda deyib ki, rusların öz fəaliyyətlərini Qarabağda davam etdirmək üçün müəyyən sayda erməninin Qarabağda saxlamağa çalışacaq.

“Bu, artıq Ermənistanın yox, Rusiyanın Azərbaycanla olan problemidir və özləri bu problemləri həll etsin”, - Paşinyan qeyd edib.

Qapalı toplantıda 5 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyevlə İspaniyanın Qranada şəhərində baş tutacaq Avropa İttifaqı sammiti çərçivəsində Aİ Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun birgə iştirakı ilə keçiriləcək görüşü də ciddi müzakirə edilib.

Paşinyan komanda yoldaşlarına çoxdan gözlənilən sülh müqaviləsinin imzalamağa indi daha çox yaxınlaşdıqlarını dilə gətirib. O deyib ki, oktyabrın 5-də keçiriləcək iclasda sülh sənədin imzalanmasının əsasları qoyulmalıdır. “Bununla bağlı Qranadada bəyanat qəbul ediləcək. Bəyanatda sülh sazişinin əsas bəndləri hesab edilən delimitasiya, demarkasiya, bir-birinin ərazi bütövlüyünün tanınması və sair olacaq”, - o vurğulayıb.

Nikol Paşinyan iclasda az qala açıq mətnlə bəyan etsin ki, Ermənistan Rusiyanı regiondan sıxışdırıb çıxarır və prosesin faktiki başlanması da oktyabrın 5-də keçiriləcək görüşlə elan olunacaq.

Paşinyan onu da bildirib ki, Qarabağın itirilməsindən sonra 10 noyabr 2020-ci il bəyanatı da qüvvədən düşür və bununla da Rusiya tərəfinin roluna son qoyulur.

Erməni mediasının yazdığına görə, Qranada görüşündə 10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndinin ləğvi gündəmin əsasını təşkil edəcək. 9-cu bənd bölgədə kommunikasıyalırın açılmasını nəzərdə tutur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Rusiyanı Ermənistandan sıxışdırmaq üçün siyasi xəttin qəbul edilməsinə baxmayaraq, Paşinyan komanda yoldaşlarını daha diqqətli və sakit olmağa, Rusiyaya qarşı birbaşa bəyanatlardan çəkinməyə çağırıb. O əlavə edib ki, bu da onların hökuməti üçün dönməz nəticələrə gətirib çıxara bilər.

Paşinyan komanda yoldaşlarını hələlik KTMT-dən çıxma, Ermənistanın bəzi sərhədyanı rayonlarında Rusiya sülhməramlılarının, rus sərhədçilərinin gələcək taleyi ilə bağlı məsələlərdə ehtiyatlı davranmağı tövsiyə edib.
O eyni zamanda Roma Nizamnaməsinin də ratifikasiya olunmasının vacibliyini vurğulayıb.

Paşinyan həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı İrəvanın razılıq vermədiyi təqdirdə İrandan keçəcəyi ilə bağlı komanda yoldaşlarının sualını da cavablandırıb.
Paşinyan komanda yoldaşlarını bu məsələdə səbrli və təmkinli olmağı tövsiyə edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz