Axtarış...

`Rabitəbank`da XÜSUSİ TOPLANTI: BANK BAĞLANIRMI? - Belə bir İDDİA VAR Kİ...


Daha bir bank öz fəaliyyətini dayandıra bilər. Bu barədə bank sektorundakı bəzi qaynaqlar informasiya yayıb. Kuluarlarda gəzən söhbətlərə görə, mövqeləri zəifləyən "Rabitəbank"dır və hətta bankda xüsusi toplantı da keçiriləcək. Toplantıda bankın bağlanıb-bağlanmayacağı haqda da qərar verilə bilər. Bu barədə iddialar mövcuddur.

Xəbərə görə, "Rabitəbank"ın zərəri haqqında hesabat təsdiqlənəcək.

Bununla bağlı bank səhmdarlarına müraciət edib.

Müşahidə şurasının qərarına əsasən, martın 12-də bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə digər məsələlərlə yanaşı bankın ötən il üzrə zərəri haqqında hesabatının təsdiqi də daxil edilib. Fəaliyyətin davam edib-etməyəcəyi də məhz o dönəmdə bəlli olacaq...

dia-az.info

Text-to-Speech

DİNLƏ






Şərh yaz