“Rabitəbank”ın marketinq departamentində işçilərin kütləvi şəkildə iş yerlərindən ayrıldığı bildirilir...
DİA.AZ-ın məlumatına görə, Poliqon xəbər verir ki, “Rabitəbank”ın sosial şəbəkə seqmentlərində may ayında təntənəli şəkildə banka yeni PR ekspert olaraq məşhur “Manpasi” radio şousunun aparıcısı və prodüseri olan Səmra Əsgərzadənin gətərildiyi elan olunmuşdu. Lakin aldığımız son məlumatlara əsasən, ötən günlərdə sözügedən radio aparıcısı qalmaqallı şəkildə bankdan ayrılıb.
Əldə etdiyimiz məlumatlara əsasən, ekspert və rəhbərlik arasında yaşanan ciddi münaqişələr sadəcə, Səmra Əsgərzadə ilə kifayətlənməyib, digər əməkdaşların da iş proseduruna zərər vurub və nəticədə bankın marketinq departamentində işçilərin kütləvi şəkildə iş yerindən ayrılması və bankın rəhbərliyi ilə mübahisələrin yaşandığı bildirilir.
İddialara görə, işçilər İTV radiosunda prodüser və aparıcı olaraq çalışan Səmra xanıma xüsusi imtiyazlar göstərilməsinə qarşı irad bildiriblər. Səbəb isə bankda çalışdığı müddət ərzində Səmra Əsgərzadənin radioda olan fəaliyyətini davam etməsi, bununla bağlı rəhbərliyin işçiyə xüsusi şərait yaratması və sözügedən imtiyazların verilməsi ilı bank rəhbərliyinin əmək məcəlləsinin imperativ normalarını pozması və işçilər arasında ayrı-seçkilik edilməsinə şərait yaratması olub. Maraqlıdır ki, xüsusi imtiyazlar tanınan Səmra xanım daha sonra rəhbətliyin qərarı ilə işdən çıxarılıb.
Eyni zamanda, etibarlı mənbələrə əsasən Səmra Əsgərzadə ilə eyni anda dörd əməkdaş da ərizə yazaraq, işdən ayrılıblar. Bankın rəsmi saytında departament rəhbərləri ilə bağlı məlumat yer almasa da, paylaşılan videoda departamentin başında Orxan Salayev adlı şəxsin olduğu bilinir.
Xatırladaq ki, Səmra Əsgərzadə daha əvvəl Yelo Bankın marketinq departamentinin əməkdaşı olub.
Kütləvi işçi axını və təntənəli şəkildə radio aparıcısının banka gətirilən aparıcının daha sonra işdən çıxarılması isə əksəriyyət bank işçiləri üçün müəmma olaraq qalıb. Hadisəni araşdırmaq üçün sosial şəbəkələr üzərindən əlaqə qurmağa çalışdığımız əməkdaşlar isə bankdan ayrıldıqlarını və bu mövzulr haqqında ümumiyyətlə danışmaq istəmədiklərini bildiriblər. Qeyd edək ki, işdən ayrılması ilə bağlı sosial şəbəkə üzərindən Səmra Əsgərzadənun mövqeyini öyrənməyə çalışsaq da, o, sualımızı cavablandırmayıb.
Məsələ ilə bağlı “Rabitəbank”a sorğu yollasaq da, sorğumuza da cavab verilməyib.
Bütün halalrda bu məlumatda adı keçən şəxslərin və “Rabitəbank”ın mövqeyini dərc etməyə hazırıq.