Müasir dövrdə kiber cinayətləri önləmək üçün banklar öz müştərilərinin kart istifadəçilərinin rahatlığı və təhlükəsizliyi üçün müəyyən xidmətlər təklif edirlər.
Müştəri hesabının təhlükəsizliyi üçün ödənişli əsaslarla təklif edilən bu xidmətlər çox zaman bankların əlavə "qazanc" mənbələrinə çevrilir.
Qlobal.az-ın əldə etdiyi məlumata görə "Rabitəbank" sözügedən xidmət üçün müştərilərindən hər ay 1 manat çıxmaq əvəzinə bəzən 2 və daha çox pul "silir". Bankın bu oğurluğundan narazı qalan vətəndaşlar isə saatlarla bankın qaynar xəttinə düşüb problemi deyə bilmirlər.
Qlobal.az məsələ ilə bağlı "Rabitəbank"dan münasibət öyrənməyə çalışsa da, qarşı tərəf münasibət bildirmədi.
Qeyd edək ki, bir müddət öncə "Rabitəbank" lisenziyası ləğv edilmiş "Dəmir Bank"ın loqosunu mənimsədiyi xəbəri ilə ölkə mediasının gündəmini zəbt etmişdi.