Axtarış...

Adındakı `ELİT` sözünün məsələyə dəxli yoxdur... - GİLEY


"Görün, bunlar nə qədər harınlayıblarsa, arxayınlaşıblarsa müştəriyə deyir biz beləyik, mən belə danışıram, get kimə, hara istəyirsən şikayət elə..." Bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Quliyev Səyyad adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra bildirir:

"Kredit gecikməsi var, demişdim ayın 18-i ödəniləcək, bu gün bir nəfər zəng vurub ki, bəs ödəniş edilməyib. Dedim imkan olmadı, 1 həftədən sonra ödəniləcək. Başladı qışqırmağa ki, nə oldu keçən dəfə 18-i deyilmişdi, niyə uzadırsız, ödəmirsiz flan. Özü də xanımdır. Dedim xanım uzatmayın 1 həftədən sonra ödəniləcək. Çox kobudcasına, etik qaydalara uyğun olmayan, mövzuya aidiyyəti olmayan sözlər dedi. Heyif ki, telefonum səs yazmır.

Mən də müştərilərlə işləmişəm, belə danışıq olmur.

Söhbət indiki "Elit Optimal"dan gedir..."

dia-az.info
Text-to-Speech

DİNLƏ






Şərh yaz