Axtarış...

Bakı Nəqliyyat Agentliyi hansı vəzifəli şəxsin qardaşına verilib.

[b][/b]
Ötən ilin aprel ayında bir sıra qurumlarla yanaşı, “Bakı Nəqliyyat Agentliyi” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyinə verildikdən sonra, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli vəzifəsini itirib.
Vüsal Kərimli BNA-ya rəhbərlik etdiyi dövrdə müsbət yenilikləri ilə deyil, daha çox cərimələri ilə “ön plana” çıxıb.
Milli TV nin Demokrat.az- a istinadən məlumata görə, hazırda Bakı Nəqliyyat Agentliyinə (BNA) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun qardaşı Heydər Rüstəmov rəhbərlik edir.
Heydər Rüstəmov həm də “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin sədr müavinidir. Vüsal Kərimlidən sonra Bakı Nəqliyyat Agentliyi rəsmi olaraq onun adına rəsmiləşib.
Heydər Rüstəmov həm AYNA-nın sədr müavini, həm də Bakı Nəqliyyat Agentliyinin yeni rəhbəri kimi hələ ki, diqqətçəkən yeniliklər edə bilməyib. Əksinə, yollarda tıxac problemi əvvəlki kimi qalmaqla yanaşı, Bakının əksər küçə yolları qəfil xətlənərək, daraldılır və parkinqə çevrilir. Hətta, restoran, market və digər iaşə obyektlərinin də özlərinə məxsus olan dayanacaq yerlərinin AYNA tərəfindən qəfil zəbt olunaraq parkinqə çevrilməsi barədə şikayətlərin sayı artmaqda davam edir.
Bakının isə nəqliyyat problemlərinin aradan qaldırılmasında heç bir yenilik yoxdur.
Güman edirik ki, Bakının Baş Planının həyata keçməsindən sonra sözügedən problemlər həllini tapacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz