Artıq iki gündür ki, paytaxtda taksi qiymətləri bahalaşıb.
Axar.az xəbər verir ki, məsafədən asılı olaraq, bütün taksi xidmətlərində 30-60 qəpik arasında, təxminən 10% miqdarında bahalaşma qeydə alınıb.
bahalaşmanın səbəbi ilə bağlı taksi şirkətlərindən biri - “Salam Taksi”dən saytımıza bildirilib ki, qiymət artımı Bakı Nəqliyyat Agentliyinin (BNA) göstərişi ilə həyata keçirilib.
“Bakı Nəqliyyat Agentliyi bütün taksi şirkətlərinin qiymətlərini qaldırmaqla bağlı göstəriş verib”, - deyə bildirilib.
Qeyd edək ki, məsələ ilə bağlı BNA-ya sorğu göndərilib.