Axtarış...

Azərişıq ASC–ni keçmiş məhkumlar idarə edir. Azərişıqda Nələr baş verir?



Sumqayıt Regional Azərişıq ASC də mühəndis vəzifəsində fəaliyyət göstərən Quliyev Anar Ələmqulu oğlunun Sumqayıt Reqional Azərişıq ASC də yol verilən özbaşınalıqların və hərcmərcliyin nələrə yol açdığını və hazırki vəziyyətlə bağlı onun səsinin haqq yerinə çatdırılması barədə Milli TV yə müraciət edərək bizdən köməklik istəyir.
Milli TV yə müsahibəsi zamanı Anar Quliyev bildirdi ki, Azərişıq ASC–də analoqu olmayan anarxiya başalıb getməkdədir. Qurumda keçmiş məhkumlar “ at oynadirlar”.


Azərişıq ASC-nin baş ofisində işləyənlər rayon şəbəkələrində çalışanlardan 2 dəfə çox maaş alırlar.
Cənab prezidentin göstərişi əsasında bütün qurumlarda işçilərin əmək haqqının artırılması barədə sərəncam verilsə də Azərişıq ASC də bu tapşırığa məhəl qoyan yoxdur.
Görünür cəmiyyətin sədri Vüqar Əhmədovun bu özbaşınalıqdan ya xəbəri yoxdur, ya da bu hərcmərcliyə özü rəvac verir.
Anar Quliyev onu da qeyd edir ki, Əhmədov bu vəzifəyə təyin olunandan indiyə kimi bir dəfə də olsun Sumqayıt şəhərinə gəlib idarə və işçiləri ilə maraqlanmayıb.
Hal-hazırda 14000 əməkdaşı olan Azərişiq ASC –nin İnsan Resursları Departamentinin rəisi vəzifəsində, keçmiş İqtisadi İnkişaf nazirliyində işləyərkən tutduğu vəzifədən sui-istifadə edərək, rüşvət və talama yolu ilə külli miqdarda, dövlət əmlakını mənimsədiyinə görə həbs edilən Sakit Baxışovdur.
Necə olub ki, təqaüd yaşında olan Sakit Baxışovun keçmişindəki çirkin əməllərini görməzdən gələrək, 70 yaşlı təqaüdçünü birdən birə Azərişıq ASC də səlahiyyətli vəzifyə təmin ediblər.
Azərişıq Enerji Alış idarəsinin rəisi Çingiz İbadov gəlincə isə o da bir zamanlar İqtisadi İnkişaf nazirliyində, həmçinin BARMEK şirkətində işləyərkən külli miqdarda rüşvət və talama, vəzifə səlahiyyətlərini aşma və dövlət əmlakını mənimsədiyinə görə həbs edilmişdir. Hazırda Çingiz İbradov da təqaüdçü olmasına baxmayaraq Enerji Alış idarəsinin rəisi vəzifəsinə rəhbərlik edir.
Qaradağ Regional Enerji Təchizatı Satışı İdarəsinin rəisi pensianer Mehman Mehdiyevin keçmişinə gəldikdə isə o da dələduzluq edərək Azərbaycan Beynəlxalq Bankından götürdüyü küllü miqdarda pulu mənimsədiyinə görə məhkumluq həyatı yaşamışdır. Hazırda isə Mehman Mehdiyev Qaradağ Regional Enerji Təchizatı Satışının rəsi vəzifəsində hegemonluq edir.
Vəziyyət onu göstərir ki, Azərişıq ASC ni dövlət əmlakını vaxtı ilə talamış və məhbus həyatı yaşamış şəxslər idarə edirlər.


Hörmətli izləyicilər bu sözləri Millitv yə Sumqayıt Regional Azərişıq ASC də mühəndis vəzifəsində işləyən Quliyev Anar Ələmqulu oğlu bildirdi.

Tam təfsilatıyla Quliyev Anarın Millitv kanalına verdiyi video müsahibədən izlə



Millitv.az


Daha çox xəbər

Şərh yaz