Axtarış...

“Azərbaycanın Gürcüstan ərazisi kimi göstərildiyi qlobus satırlar” - “Entertainer”dən ŞİKAYƏT


“Entertainer Baku” şirkətinin mağazalarında satılan qlobusun üzərində ölkəmizlə bağlı ciddi yanlışlığa yol verilib.

Bununla bağlı Bizim.Media-ya vətəndaş şikayəti daxil olub.

Şikayətçi bildirib ki, “Entertainer Baku”nun “Port Baku”da yerləşən mağazasında satılan oyuncaq formasında hazırlanan qlobusun üzərində ölkəmizin ərazisi Azərbaycan yox, Georgia (Gürcüstan) kimi qeyd olunub.

Məsələni araşdırmaq üçün sözügedən şirkətin Qış parkının yaxınlığında yerləşən mağazasına getdik. Burada da sözügedən məhsulda eyni kobud səhvə yol verildiyini gördük. Problemi satıcının diqqətinə çatdırdıqda isə o, məsələdən xəbəri olmadığını bildirib və yanlışlığı çap səhvi ilə əlaqələndirdi.

Mağazanın supervayzeri Əli bəy isə həmin topun Azərbaycanda deyil, xarici ölkələrin birində istehsal olduğunu söyləyib.

O, həmçinin “Entertainer”in mağazalarında yerli məhsulların satılmadığını da qeyd edib:

“Oyuncaqların hamısı müxtəlif ölkələrdən gəldiyi üçün biz heç bir söz deyə bilmirik. Buna görə də məhsullarla bağlı hər hansı bir şikayəti olan istənilən vətəndaş şirkətin saytında qeyd edilmiş telefon nömrəsi ilə əlaqə saxlaya və şikayətini bildirə bilər. Biz bundan başqa heç bir məlumat verə bilmərik”.

Mövzunu diqqətdə saxlayacağıq…


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz