Axtarış...

“Baku Electronics” şirkəti ilə bağlı ilginc iddialar - Belə deyirlər...

“Baku Electronics” şirkəti ilə bağlı ilginc iddialar - Belə deyirlər...


Bu yazıda haqqında bəhs edəcəyimiz “Baku Electronics” şirkəti haqqında qısa məlumat verək. Baku Electronics — Azərbaycanda elektronika, mebel, nəqliyyat, satış üzrə fəaliyyət göstərən mağazalar şəbəkəsidir.
Baku Electronics 1994-cü ildə pərakəndə, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"-in bir parçası olaraq Azərbaycanda yaradılıb. Hazırda Respublika üzrə 30 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir. “Baku Electronics” Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi kimi markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.
İlk mağazanın fəaliyyətə başlamasından 1 il sonra, yəni 1995-ci ildə "Samsung Electronics"-in Azərbaycanda rəsmi distribütoru oldu. 2001-ci ildən etibarən "Groupe SEB" şirkətlər qrupunun "Tefal", "Moulinex", "Rowenta", "Krups" kimi şirkətlərini rəsmi distribütoru oldu. 2007-ci ildə isə məşhur “Lagostina”-nın rəsmi distribütoru oldu.
Fikir verdinizmi, “Baku Electronics” kimi şirkətlər Azərbaycana 1994-cü ildə, yəni ölkəmizin zəif, böhranlı vaxtlarında gəliblər. Və bu günədək milyonlar qazanıblar. Açıq demək lazımdır ki, bu şirkətlər bəlkə də xarici ölkələrin kəşfiyyat orqanları ilə birgə çalışıblar. Və son günlər İranda baş verən olaylardan sonra möhkəm təşviş içərisindədirlər. Həə, bəlli oldumu, nələrdən söhbət gedir. Yəni bunlar təkcə biznes qurumları deyillər… Vaxtilə Azərbaycanda fəaliyyət göstərən İranın “Royal” bankını yadınıza salın. Sonu nə oldu..?
Bəli, son 2-3 ildə Azərbaycanın hər sahədə, o cümlədən Qarabağda qazandığı uğurlar, belə şirkətlərin canına qorxu, vəlvələ salıb.
Axı, yuxarıda qeyd etdik ki, bunlar təkcə biznes qurumları deyillər…. İndi isə qısaca olaraq, “Baku Electronics” şirkəti barədə Azərbaycan vətəndaşlarının fikirlərinə nəzər salaq: Mən iyulun 7-si bu şirkətdən kondsioner götürmüşəm, kuryer malı təhvil verən zaman birkartdan məbləği 18 aya bölmədən birdəfəlik çıxıb, indi artıq 3-cü aya keçir ki, məsələ öz həllini tapmayıb, mən bununla bağlı onlara 5 dəfə şikayət etmişəm… Mənim əlimdə sənədim də var ki, orada "18 aya bölünəcək" qeyd edilib və özlərinin möhürü də üzərində öz əksini tapır. Mən indi nə etməliyəm?! Faiz durmadan artır…
Başqa bir alıcı yazır: 6 ay əvvəl ütü almisam 2 il zəmanətlə…ütü xarab olub aparmışam götürmürlər… Alıcı deyir ki, zəmanət yoxdursa, bunu mənə niyə vermisiniz, özü də möhürlə, sənədlə… Başqa alıcı yazır: Mən 28 Mayda yerləşən mağazadan Xiaomi Band 5 aldim…telefonda problem olduğu üçün müraciət elədim, amma 1 aydır cavab verən yoxdur… Belə şikayətlərin sayı yüzlərlədir…
İndi isə keçək əsas məsələyə. Bu şirkətin 1994-cü ildə Azərbaycana gəlməsi barədə yazdıq. Redaksiyamıza daxil olan məlumata görə, bu şirkətin əsl sahibi məşhur İranlı Rza Zərrabdır. Qısa məlumat üçün qeyd edək ki, Rza Zərrab 1983-cü ildə Təbrizdə anadan olub. İran vətandaşıdır, o öz firmaları ilə Dubayda maliyyə sektorunda fəaliyyət göstərib.
Eyni zamanda Türkiyədə “Royal” dənizçilik şirkəti biznesə başlayıb. Rza Zərrab 2016-cı ildə ABŞ-ın Mayami şəhərində bank fırıldaqçılığı və ABŞ-ın İrana qoyduğu embarqonu pozması ittihamı ilə həbs edilib. Daha sonra ev dustaqlığına buraxılıb. Bəli, bank fırıldaqçılığında ittiham olunan Rza Zərrab işini əvvəldən bildiyi üçün Azərbaycandakı şirkəti olan “Baku Electronics”i bacısının və onun həyat yoldaşının adına sənədləşdirib. Amma son günlər İranda ölkəmiz əleyhinə baş verənlər Baku Electronics-də ciddi təlaş yaradıb. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz