Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.
“Mədəniyyət adamları” deyəndə ilk növbədə incəsənət xadimləri (rəssamlar, bəstəkarlar, rejissorlar, aktyorlar, artistlər, müğənnilər, musiqiçilər və əlbəttə ki, onların müəllimləri) nəzərdə tutulur. Məhz bu kateqoriyaya aid insanların mədəniyyətsizlik etməsi təbii olaraq ciddi qınaq doğurur.
Redaksiyamıza daxil olmuş məlumata görə, bu günlərdə Şabran Uşaq Musiqi Məktəbinin direktoru Bahadur Xamedov qardaşı oğlunun toyunda ciddi səhvə yol verib və ardından daha ciddi qələtə imza atıb.
Məsələ belə olub: Toyun əvvəlində aparıcı-tamada toyun senarisini və çıxış üçün söz veriləcək şəxslərin siyahısını toyun ağsaqqalı hesab edilən 63 yaşlı Bahadur müəllimlə (bundan sonra ona “müəllim” deyə müraciət etməyin nə dərəcədə düzgün olduğu sual altına düşəcək) müzakirə edirmiş. Adlar dədiqləşdirilərkən tamada təklif edir ki, ilkin olaraq Azərbaycanın dövlət himni səsləndirilsin, qonaqlara şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Lakin təəssüflər olsun ki, Bahadur Xamedov 2020-ci il Vətən müharibəsində şəhidlərin qanı hesabına qazanılan Qələbədən sonra el məclislərində adət halını alan bu qədirşünaslıq nümunəsinə həmin toyda əməl edilməsinə lüzum olmadığını deyib. Söz yox ki, bu qəbahət toy iştirakçılarının nəzərindən qaçmayıb. Toyun gedişində iştirakçılar arasından bir nəfər Vətən müharibəsi qazisi bu naqisliyə görə tamadaya irad tutub. Tamada isə özünün söz sahibi olmadığını deyib və günahı toy sahibində görmək lazım gəldiyini deyib. Qazinin müdaxiləsi və Bahadur Xamedova yaxınlaşıb xatırlatma etməsi ilə şəhidlərin xatirəsinin anılmasına nail olunub. Məyus olan Bahadur Xamedov fakt qarşısında qalaraq qazinin təşəbbüsünə mane ola bilməyib.
Toyun ertəsi gün musiqi məktəbinə yaxın çayxanaların birində bu məsələ müzakirə olunub. Bu vaxt Bahadur Xamedov gəlib çıxıb. Müştərilərdən biri ondan dünənki toyda şəhidlərin xatirəsinin nəyə görə toy prosesinin əvvəlində deyil, ortasında anıldığını soruşub. Bu sualdan qeyzlənən Bahadur Xamedov oradakı adamların arasında şəhidlərin goruna söyür: “…Bəsdirin dəə, bu söhbəti uzatdız”. Bu sözlərdən sonra çayxanaya sükut düşüb. Bahadur hirsli halda çıxıb gedib. Lakin bir neçə dəqiqədən sonra necə böyük qələt elədiyini başa düşərək geri qayıdıb və dil-ağız edib: “Ayə, vallah, mən əsəbləşim dedim, siz Allah, bu söhbət yayılmasın”. Camaat da durub dagılışıb.
Amerikalı yazıçı Ernest Heminquey «Zəng kimin üçün çalınır» əsərində yazmışdır: «Elə bir insan olmamışdır ki, o, ada kimi, özü-özlüyündə tənha qalsın; hər kəs… qitənin, torpağın bir hissəsidir; əgər dalğa bu sahildəki daş qayasını çırpıb aparsa, onda Avropa kiçiləcək. Hər bir ölən adam məni də kiçildir, çünki mən bütün insan nəsli ilə birəm, bax buna görə, heç vaxt soruşma ki, zəng kimin üçün çalınır: o sənin üçün çalınır».
Bahadur Xamedov da bilməlidir ki, “onun üçün də zəng çalınacaq”.
Qarşı tərəfin də mövqeyini öyrənmək üçün Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Ramil Rəhimovu iş başında tapa bilməsək də, müavini Şahin müəllim bildirdi ki, siz işıqlandırın biz tədbirini görək.
Deryaz.az