Axtarış...

`Baku Event`in ŞUŞA MÖCÜZƏSİ... - AXI NİYƏ?


...Bəli, Şuşaya dişi- dırnağı, həyatı bahasına dırmaşaraq Azərbaycan bayrağını sancanların tarix yazdığını dünya ictimaiyyəti yaxşı bilir...

Amma dünya ictimaiyyəti onu bilmir ki, indi Şuşa adına sığınıb qaz vurub- qazan dolduranlar ölkədə ictimai narazılığa zəmin hazırlayır, sosial qütbləşmə şəraiti yaratmaq istəyirlər.
İndi məlum olur ki, "Baku Event" adlı bir turizm şirkəti Yeni ili Şuşada qarşılamaq istəyənlərin yumşaq damarını tutubş 2 günlük yolçuluğu onlara 3500 manata təklif edirlər... Məsələ o dərəcədə ciddidir ki, bu insafsız təklifi eşidənlər qulaqlarına inanmırlar, şəhidlərimizin qanı bahasına alınmış Şuşanın 2 gününü Şuşa həsrətlilərə 3500 manata satır...

XXX

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Turizm Agentliyi ilə əlaqə də saxladıq, media xidmətinin rəhbəri Gülnar Mustafayeva ilə əlaqə saxladıq. Xanım söz verdi ki, aydınlaşdırıb tezliklə məlumat verəcək. Amma susmağı hələki üstün tuturlar. Görünür, Agentliyin "Baku Event"dən çəkincəyi var, əks halda, bu qiymətin əcaib olmasını irad tutar, imkan verməzdilər.

XXX

"Təzadlar" olaraq özümüz adı çəkilən şirkətə zəng vurduq. Deyilənlər təsdiqini tapdı... Cavab o demək idi ki, Şuşanı qanı bahasına alan şəhidlərin, qazilərin Şuşada nə işi var, bura indi "Baku Event"in inhisarındafır... Və əgər qışın 2 günü 3500 manata təklif edilirsə, deməliş yay aylarında Şuşa adı imkansızlar üçün yasaq olacaq! O imkansızlar üçün ki, onların balaları Şuşada şəhid və qazi oldular...

XXX

Nə isə... abbas Bağırovun fonoqramlı konsertinə Şuşada 2 günlük səfəri ilə baxmaq istəyənlər 3500 manatını hazır eləsin. Bu səfərin təxminən iki günü yola həsr ediləcəksə, yaxşısı budur evdə otutub 30-35 il əvvəlki- istədiyimiz vaxt ziyarətinə getdiyimiz Şuşanın təmənnasız xatirələri ilə baş - başa olmaq daha yaxşı deyilmi?!

SONDA: redaksiyadan şirkətə zəng etdik, bəyan etdikləri xidmətdən bəhrələnmək istədiyimizi dedik... Bu da onların bizə vatsap cavabı(Fotosunu təqdim edirik):

Mənbə: "Təzadlar"



Şərh yaz