Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.
Dövlət başçısı Şuşaya növbəti səfəri zamanı da avtomobili özü idarə edib. Prezident yolboyu Şuşada görüləcək bərpa işləri ilə bağlı məlumat verib.
İlham Əliyevin Şuşaya səfərini birinci xanım Mehriban Əliyeva lentə alıb. Birinci vitse-prezident həmin görüntüləri rəsmi instaqram hesabında paylaşıb.