“Bura çox möhtəşəmdir”.
APA xəbər verir ki, bunu azad edilmiş ərazilərə səfər edən ingiltərəli səyyah Stuart Pinçin Cıdır düzünə səfərində deyib.
O qeyd edib ki, Azərbaycan təbiəti haqqında da çox oxuyub.
“Gözlədiyim gözəlliyi görə bildim. Ölkənin çox tarixi keçmişi var. Burada hər yerdə mədəni abidələrlə rastlaşmaq olar. Bunu görmək istəyən hər bir şəxs Azərbaycana gəlib görə bilərlər", - deyə səyyah vurğulayıb.
Xarici səyyah turizm üçün hava şəraitinin də vacib olduğunu qeyd edərək bildirib ki, Şuşada bu gözəlliyi də yaşamaq mümkündür.