Axtarış...

Ağdamdakı yaşayış binalarını tikən şirkət kimindir? - İLGİNC


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ağdam şəhərində çoxsaylı yaşayış binalarının tikintisi üçün icazə verib.

Millitv.az yeniavaz.com-aa istinadla xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.

Məlumatda göstərilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi 6 ədəd 6 mərtəbəli yaşayış binasının tikintisinə 10 oktyabr 2023-cü il tarixli Tİ-34/23 saylı sənəd əsasında icazə verir.
Qeyd edək ki, Ağdam şəhərində tikintisinə icazə verilən binalar “Royal Estates” MMC tərəfindən inşa olunacaq. “Royal Estates” MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Ağdamda böyük tikinti layihələri icra edəcək şirkətin nəinki veb-saytı, sosial şəbəkə hesabı belə yoxdur. Şirkət barədə mətbuatda yer alan məlumatlardan belə görünür ki, bu şirkət daha əvvəl keçmiş nəqliyyat naziri Ziya Məmmədova bağlı olan “ZQAN Holdinq”ə (daha sonra “Garant Holdinq”) məxsus olub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz