Maştağa qəsəbəsinin yolları bərbad vəziyyətdədir. Hətta mərkəzi küçələrdə belə palçıq əlindən hərəkət etmək mümkün deyil.
Tribunainfo.az-a yazan maştağa sakinləri bildirib ki, qəsəbəsinin mərkəzi küçələrindən olan Həsən bəy Zərdabi küçəsi acınacaqlı vəziyyətdədir.
Küçənin başlanğıcı və sonuna asfalt çəkilib, yolların ortası isə bərbad vəziyyətdə saxlanılıb. Sakinlər bildirir ki, Maştağada bu cür yollar çoxdur.
“Sanki hansısa ucqar dağ kəndidir. Hələ ki yağışlar az yağır. Yağışlı və qarlı günlərdə bu yollardan keçmək mümkün deyil. Dəfələrlə müraciət etməyimizə baxmayaraq tədbir görən də yoxdur” deyə, sakinlər bildirib.Tribunainfo.az