Axtarış...

Şabrandakı eybəcərlik elə ilk addımdaca GÖZƏ GİRİR... - FOTOFAKT


Şabran şəhərinin girəcəyi bərbad vəziyyətdədir. Baxımsızlıqdan şəhərin adı yazılan dayaq tikilisi sökülüb, uçub dağılmaq üzrədir. Ərazidəki yaşıllıqlar quruyub. Şabranın girəcəyinin bərbad halda olması şəhərin özü haqqında da az-çox fikir forlamaşdırır.

Tribunainfo.az-a bu barədə yazan şəhər sakinləri bildirib ki, Şabranın girəcəyi uzun müddətdir ki, o vəziyyətdədir. Şəhərə girənləri qarşılayan tikilinin və ətrafın bu vəziyyətdə olması sakinləri narahat edir. Şabran Rayon İcra Hakimiyyətinin baxmalı və adablaşdırmalı olduğu yerin vəziyyətilə bağlı heç bir tədbir görülmür. Şəhərin girəcəyinin işıqlandırması yoxdu. Əvvəllər işıqlandırma olub. Ancaq sonradan baxımsızlıqdan hər şey sıradan çıxıb. Ərazini ot, tikan, kol basıb. Bazi ağaclar susuzluqdan quruyub. Tikilinin salamat qalan hissəsi yoxdur.

Günün qaranlıq saatlarında Şəhərin girəcəyi lap zülmət olur. İşıqlandırma hazırda yoxdur. Səkini yaşıllıqdan ayıran tikililərdən əsər-əlamət qalmayıb.

Sakinlər Şəhərin girişinə əncam çəkilməsini, orada abadlıq işləri aparılmasını istəyirlər. Sakinlərin sözlərinə görə Şabran Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin abadlığı və gözəlliyi üçün heç bir tədbir görülmür.







Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz