Axtarış...

“Turan Bank” 3 uşaq anasını belə soymaq istəyir - GİLEY

“Turan Bank” 3 uşaq anasını belə soymaq istəyir - GİLEY

Bakı ş.Suraxanı r-nu,Qaracuxur qəsəbəsi, Şərq sahəsi, Dönğə 6, əv 26 B-də yaşayan vətəndaş Sadiqova Mehriban İbrahim qızı “Turan Bank”dan şikayətçidir. Borclu qaldığı “Turan Bank” onun 120 000 AZN dəyərində olan evini 41 000 AZN-ə qiymətləndirib. Bununla bağlı o Tia.az-ın redaksiyasına göndərdiyi və saytımız vasitəsilə Milli Məçlisinin sədri Oqtay Əsədova Milli Məçlisin deputatlarına ünvanladığı şikayət ərizəsində bildirir.Vətəndaş müraciətində bildirir:
“Hörmətli Oqtay müəllim və hörmətli MM üzvləri, üc (3) yetim balamı böyütmək məqsədi ilə ,”Turan Bank”dan 15 000 AZN kredit ğötürdüm ki, tiçarətlə məşğul olum. Ançaq ğötürdüyüm kreditin bir hissəsini faizi ilə birlikdə ödədikdən sonra bankrot oldum. Nətiçədə ,”Turan Bank” mənim ğirovda olan həyət evimi mənim iştrakim olmadan Hərraç vasitəsi ilə öz adına sənədləşdirib. 11 000 AZN-nə (on bir mir) yaxin faizi ilə birlikdə borçum qaldığı halda ,”Turan Bank” 120 000 AZN dəyərində olan evimi 41 000 AZN-ə qiymətləndirib. Baxmayaraq ki,ğüçüm catan 100 AZN-ni hər ay ödəyirəm. Bank isə ödədiyim məbləğin az olduğunu əsas ğötürərək, bizim evi hərraç vasitəsi ilə öz adəna sənədləşdirib. Ançaq bank hər ay məndən 100 AZN almaqla bərabər evimi də əlimdən alamağa qalxıb. Mən banka olan borçumu danmıram və faizini də ödəməyə razıyam. Bu ğün banka ayda ançaq 100 AZN ödəməyə ğüçüm catır. Dəfələrlə ,”Turan Bank”da olaraq yalvarmışam ki, muqaviləni yeniləsinlər və faizi nə qədər edirsə ödəyim. Təki məni üc yetim uşaqla küçələrə atmasınlar. Əfsuslar olsun bank ğüzəştə ğetmək istəmir. Bununla əlaqədar olaraq Suraxanı rayon məhkəməsinə muraçiət etmişəm. Məhkəmə də “Turan Bank”n istəyini yerinə yetirib və bizim zərərimizə Qərar qəbul edib. Məhkəmədən də xahiş etdim ki, imkan yaratsın banka olan borçumu yavaş-yavaş ödəyim. Əfsuslar olsun ki, məhkəmə “Turan Bank”ı mudafiə etdi”.

Daha sonra şikayətçi yazır:

”Hömətli Oqtay müəllim və millət vəkilləri, uc yetim uşaqla son umidimiz sizsiniz. Həyat yoldaşım (rəhmətə ğedib ) Rzayev Əvəz Əfqanıstan veteranı idi. Əfqanısandan qayıtdıqdan sonra muharibədə aldığı travma nətiçəsində cox yaşaya bilmədi. Hal-hazırda üc yetim uşağın tərbiyəsi ilə mən tək çanına qulluq etməyə məhkumam.Tia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz